Bu şəxslərə 6 min manat ödəniləcək – FOTO

“Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin Fərmanının icrası ilə əlaqədar qərarı imzalayıb. Sənədə əsasən bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular.

Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib.

Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”, - deputat bildirib. 


Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şavkat Mirziyoyevdən TƏKLİF: “İlham Əliyev İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilsin”

Şavkat Mirziyoyevdən TƏKLİF: “İlham Əliyev İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilsin”

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı SEÇİLDİ

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı SEÇİLDİ

Prezident: “Azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”

Prezident: “Azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”

Prezidentdən Qərbi Azərbaycana qayıdışla bağlı AÇIQLAMA

Prezidentdən Qərbi Azərbaycana qayıdışla bağlı AÇIQLAMA

İlham Əliyev: “Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var”

İlham Əliyev: “Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var”

Media subyektləri bu hallarda Reyestrdən çıxarılacaq – Qanun DƏYİŞİR

Media subyektləri bu hallarda Reyestrdən çıxarılacaq – Qanun DƏYİŞİR

İki boksçumuz Dünya Kubokunun yarımfinalında

İki boksçumuz Dünya Kubokunun yarımfinalında

Şəxsiyyət vəsiqələrində nələr dəyişəcək? - VİDEO

Şəxsiyyət vəsiqələrində nələr dəyişəcək? - VİDEO

Turistləri daşıyan təyyarə okeanın ortasında qəza enişi etdi: Bir saat suyun üzərində qaldılar – VİDEO

Turistləri daşıyan təyyarə okeanın ortasında qəza enişi etdi: Bir saat suyun üzərində qaldılar – VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

İlham Əliyev Ərdoğanı belə qarşıladı – VİDEO

İlham Əliyev Ərdoğanı belə qarşıladı – VİDEO

“Atamın vəfatından sonra səhhətimdə problem yarandı” - VİDEO

“Atamın vəfatından sonra səhhətimdə problem yarandı” - VİDEO

İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşdü – FOTO

İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşdü – FOTO

Milli Observatoriyanın yaradılmasından 6 il ötür

Milli Observatoriyanın yaradılmasından 6 il ötür

Romada güclü partlayış: 21 yaralı var – VİDEO

Romada güclü partlayış: 21 yaralı var – VİDEO

Xankəndidə Zirvə görüşü keçirilir – VİDEO

Xankəndidə Zirvə görüşü keçirilir – VİDEO

Bakıda əməliyyat: saxlanılan var – ANBAAN VİDEO

Bakıda əməliyyat: saxlanılan var – ANBAAN VİDEO

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Aqil Abbasdan polislərə DƏSTƏK – “Ən az maaşı onlar alır”

Aqil Abbasdan polislərə DƏSTƏK – “Ən az maaşı onlar alır”

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nazirini qəbul etdi – FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nazirini qəbul etdi – FOTO

Ərdoğan Azərbaycana GƏLDİ - FOTO

Ərdoğan Azərbaycana GƏLDİ - FOTO

Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO

Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO

Yeni okeanın doğuşu: Alimlər yerin dərinliklərində qeyri-adi hadisə müşahidə etdi

Yeni okeanın doğuşu: Alimlər yerin dərinliklərində qeyri-adi hadisə müşahidə etdi

DİM-dən abituriyentlərə ali məktəblərlə bağlı ÇAĞIRIŞ

DİM-dən abituriyentlərə ali məktəblərlə bağlı ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO