Rusiyanın Azərbaycandakı konsulu saxlanılan ruslara baş çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəlikdən məlumat verilib.
Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiq edib.
Səfirliyin konsulluq şöbəsinin müdiri saxlanılan şəxslərlə üç saat ünsiyyətdə olub.
Qeyd edək ki, İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Saxlanılan 8 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bizim.Media