Kürdəmir sakini yanlış dərman içərək zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Məmmədova Əminə Mehdixan qızı evdə olarkən səhvən mal dərmanı içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu