Astara rayonunda azyaşlının faciəvi şəkildə həyatını itirməsi ilə nəticələnən boğulma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovayn su anbarında qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini 2009-cu il təvəllüdlü Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıq səbəbindən su anbarına düşüb və boğularaq ölüb. Yeniyetmənin meyiti sudan çıxarıldıqdan sonra daxili və xarici müayinə aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu