Siyəzən Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən ərazidə səliqə-səhmanın, təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə rayon ərazisində mütəmadi olaraq iməciliklər, ekoloji aksiyalar təşkil olunur, abadlıq və təmizlik işləri aparılır. Eyni zamanda, rayon ərazisindən axan Ataçay və Gilgilçay çaylarının sahillərində və yataqlarında növbəti təmizlik işləri görülüb. Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilərək çay sahələri məişət tullantılarından təmizlənib, abad və səliqəli vəziyyətə gətirilib.
Rayonda səliqə-səhman, təmizlik və abadlıq işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Bizim.Media