Bəzən sürücülər taksidə kondisioneri açmaqdan imtina edir. Səbəb kimi “yanacaq çox gedir”, “kondisioner xarabdır” və ya “müştəri istəsə də, açmaq məcburi deyil” kimi ifadələr səsləndirirlər. Maraqlıdır, kondisionerdən istifadə əlavə ödənişlə olmalıdır?
Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov “metbuat.az”a açıqlamasında bildirib ki, sürücü sərnişini təhlükəsiz və komfortlu şəkildə mənzil başına çatdırılmasını təmin etməlidir:
“Qış aylarında nəqliyyat vasitəsində istilik sistemi, yayda isə soyutma sistemi işlək vəziyyətdə olmalıdır. Komfortlu daşınmaya görə sərnişindən əlavə ödəniş tələb oluna bilməz. Mobil nəqliyyat haqqında qanunda, sərnişin daşımaya dair tələblərdə bu məsələlər qeyd olunub”, - deyə ekspert bildirib.
Bizim.Media