Azərbaycanın ən böyük Günəş elektrik stansiyası bu rayonda tikilir - FOTO

Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Biləsuvar rayonu ərazisində ölkənin ən böyük Günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılıb.

Bizim.Media müxbiri xəbər verir ki, stansiya dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazini əhatə edəcək. Günəş elektrik stansiyasının ümumi gücü 445 meqavat olacaq ki, bu da ölkənin enerji sistemində dayanıqlığın artırılmasına mühüm töhfə verəcək.

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəlahəddin Yunsurovun sözlərinə görə, hazırda tikinti sahəsində ofis düşərgəsinin qurulması, ərazinin hasarlanması və ilkin mobilizasiya işlərinə başlanılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər.
 

“Eyni zamanda, Biləsuvar rayonundan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır. Tikinti işlərinin növbəti mərhələsində transformator infrastrukturunun yaradılması və günəş panellərinin quraşdırılması işlərinə start veriləcək” , - deyə o əlavə edib.


Mütəxəssislərin fikrincə, stansiyanın fəaliyyəti nəticəsində hər il əhəmiyyətli miqdarda karbon qazı emissiyasının qarşısı alınacaq, bu isə həm ekoloji tarazlığın qorunması, həm də iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından olduqca vacibdir.

Qeyd edək ki, Biləsuvarda icra olunan bu layihə ölkədə bərpaolunan enerjidən istifadənin genişlənməsinə və enerji balansında təmiz enerji mənbələrinin payının artmasına mühüm təsir göstərəcək. (Azərtac)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağınızın yemək yeməməsinin SƏBƏBLƏRİ

Uşağınızın yemək yeməməsinin SƏBƏBLƏRİ

“Azərreyl” baş məşqçisi ilə müqaviləni UZATDI

“Azərreyl” baş məşqçisi ilə müqaviləni UZATDI

Fərqanə Qasımova: “Mən oxudum, Pezeşkian ağladı” - VİDEO

Fərqanə Qasımova: “Mən oxudum, Pezeşkian ağladı” - VİDEO

Ramin İsayevin əmlakı müsadirə EDİLƏ BİLƏR - 15 il həbsi istənilir

Ramin İsayevin əmlakı müsadirə EDİLƏ BİLƏR - 15 il həbsi istənilir

Safura toyundan GÖRÜNTÜLƏR paylaşdı - VİDEO

Safura toyundan GÖRÜNTÜLƏR paylaşdı - VİDEO

Tramp Ukraynaya görə Almaniyaya TƏLƏB QOYDU

Tramp Ukraynaya görə Almaniyaya TƏLƏB QOYDU

Azərbaycan Universiadada ilk qızıl medalını QAZANDI

Azərbaycan Universiadada ilk qızıl medalını QAZANDI

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ZİYARƏT ETDİ

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ZİYARƏT ETDİ

Ucuzlaşma nə vaxta qədər davam edəcək? - VİDEO

Ucuzlaşma nə vaxta qədər davam edəcək? - VİDEO

Sərbəst güləşçilərimiz reytinq turnirində 5 medal QAZANDILAR

Sərbəst güləşçilərimiz reytinq turnirində 5 medal QAZANDILAR

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Zəlzələ oldu

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Zəlzələ oldu

Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə İŞTİRAK ETDİ - FOTO

Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə İŞTİRAK ETDİ - FOTO

Kansler: “Ukraynanın Aİ-yə üzvlüyü istisnadır”

Kansler: “Ukraynanın Aİ-yə üzvlüyü istisnadır”

İstehlaka yararsız 130 kiloqram ət AŞKARLANDI - FOTO

İstehlaka yararsız 130 kiloqram ət AŞKARLANDI - FOTO

Çexiyada marixuana LEQALLAŞDIRILDI

Çexiyada marixuana LEQALLAŞDIRILDI

“Qarabağ” yenidən öz məkanında - FOTO

“Qarabağ” yenidən öz məkanında - FOTO

Bu bürclər çoxdan gözlənilən mükafatı ALACAQLAR

Bu bürclər çoxdan gözlənilən mükafatı ALACAQLAR

Bakı və bir sıra rayonlarda təbiətə 191 min manatdan çox ZİYAN DƏYİB

Bakı və bir sıra rayonlarda təbiətə 191 min manatdan çox ZİYAN DƏYİB

Məşhur reper Rusiyada AXTARIŞA VERİLDİ

Məşhur reper Rusiyada AXTARIŞA VERİLDİ

"Sabah"ın "Petrokub"la oyunlarının saatı və hakimləri AÇIQLANDI

"Sabah"ın "Petrokub"la oyunlarının saatı və hakimləri AÇIQLANDI

Balakəndə AĞIR QƏZA: 71 yaşlı qadını maşın vurub öldürdü

Balakəndə AĞIR QƏZA: 71 yaşlı qadını maşın vurub öldürdü

Maşınını xadimələrə yudurdan direktor CƏZALANDIRILDI

Maşınını xadimələrə yudurdan direktor CƏZALANDIRILDI

“Arsenal”dan 60 milyonluq TRANSFER

“Arsenal”dan 60 milyonluq TRANSFER

İlham Əliyev iraqlı həmkarına BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev iraqlı həmkarına BAŞSAĞLIĞI VERDİ

End of content

No more pages to load

RADİO