“Instagram”da qumar oyunları təşkil edən mütəşəkkil dəstənin məhkəməsi BAŞLADI

"Instagram" sosial şəbəkəsi üzərindən qumar oyunları təşkil edərək kibercinayətkarlıq etməkdə təqsirləndirilən dəstə üzvləri Elmidar İsmayılzadə, İntiqam Rüstəmov, Şamil Məhərrəmli, Zamiq Məhərrəmli, Cavid Əsədov, Elvin İsmayılzadə, Elmin Quliyev, Nemət Qurbanov, Elnur Nağıyev, Eldəniz İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər və vəkilləri onlara ittiham aktınının verilmədiyini söyləyiblər. Buna görə hazırlıq iclası iyulun 18-nə təxirə salınıb.
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlarda saxlanılıblar.


Məlumata görə, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “Instagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər.

Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib. Müəyyən edilib ki, dəstəyə başçılıq edən 26 yaşlı Elmidar İsmayılzadə 51 yaşlı Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.
 

Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.


“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər.

Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib.

Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar.

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.

Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub.

Bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 37 yaşlı Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb. Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.
 

İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.


Faktla bağlı Baş İdarədə Azərbaycan Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Gəncə” bu legioneri ilə VİDALAŞDI

“Gəncə” bu legioneri ilə VİDALAŞDI

“Diabetik” meyvə şirələri ilə bağlı XƏBƏRDARLIQ

“Diabetik” meyvə şirələri ilə bağlı XƏBƏRDARLIQ

Keçmiş ərindən DANIŞDI: "Övladının üzünü görməyən atalar var"

Keçmiş ərindən DANIŞDI: "Övladının üzünü görməyən atalar var"

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb - FOTO

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb - FOTO

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Güləşçimiz Avropa çempionu OLDU

Güləşçimiz Avropa çempionu OLDU

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO