“Sputnik Azərbaycan”ın əməkdaşları “bir həftə, bir ay yox, illərlə hər hansı bir irad olmadan” fəaliyyət göstəriblər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə səsləndirib.
Zaxarova iddia edib ki, “onlara nə fəaliyyət forması, nə də materiallarının məzmunu ilə bağlı heç bir irad bildirilməyib. Əgər irad yox idisə, deməli, ortada səhv yox idi. Onlar tam hüquqi şəkildə işləyiblər, peşə etikası və şübhəsiz ki, yerləşdikləri ölkənin qanunlarına əməl edən jurnalistlər olaraq fəaliyyət göstəriblər”.
Lakin reallıqda Mariya Zaxarova sadəcə faktları manipulyasiya edir.
Xatırladaq ki, hələ 24 fevral tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə rəsmi olaraq bəyan etmişdi ki, “Rossiya Seqodnya” media holdinqinin (Sputnik də daxil olmaqla) Azərbaycan nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, ölkədə yalnız bir nəfər jurnalistə akreditasiya verilə bilər.
Buradan isə tamamilə qanuni və məntiqli bir sual ortaya çıxır: əgər rəsmi icazə yox idisə, “Sputnik Azərbaycan” fəaliyyətini hansı əsasla davam etdirirdi? Niyə fevral ayından sonra bütün bir redaksiya heyəti – heç bir akreditasiya və hüquqi status olmadan – faktiki olaraq ölkə qanunlarını pozaraq fəaliyyət göstərirdi?
Məhz bu suallara Mariya Zaxarova və onun həmkarları cavab verməlidirlər. Əgər bir media orqanı ölkənin hüquqlarını pozaraq fəaliyyət göstərirsə, burada söhbət peşəkarlıqdan yox, qanun pozuntusundan gedir.
Bizim.Media