“”Vopşe", "tak çto", “znaçit” sözləri lüğətə salınsın deməmişəm” - Nizami Cəfərov

Bir neçə aydır sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan mövzulardan biri də akademik Nizami Cəfərovun  “Vopşe”, “tak çto”, “znaçit” kimi rus sözlərinin Azərbaycan dilinin lüğətinə salınmasını təklif etməsi idi.

Maraqlıdır, dilçi alim Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda yenə eyni fikirdədir? Rus sözləri Azərbaycan lüğətinə salınmalıdır?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Nizami Cəfərov vaxtilə səsləndirdiyi təklifi təkzib edib. O, dediklərinin tamamilə təhrif olunduğunu deyib:

 

MÖVZU İLƏ BAĞLI:

Vopşe”, “tak çto”, “znaçit” sözlərini lüğətimizə daxil etməliyik - Nizami Cəfərov


“Mən dəfələrlə demişəm ki, bu sözlərin orfoqrafiya lüğətinə daxil edilməsindən söhbət getmir. Bu sözlər bizim ümumi lüğət tərkibimizə də düşə bilməz. Söhbət ondan gedir ki, bu tip parazit sözlərin ayrıca lüğəti hazırlanmalıdır. Onlar əbədi deyil, dəyərli deyil, amma mövcuddurlar və öyrənilməlidirlər”, - deyə o, bildirib.

“Bu sözlər Cəfər Cabbarlıdan, Sabirdən tutmuş Zakirə qədər bir çox klassiklərimizin əsərlərində ironiya və ya tənqid vasitəsi kimi istifadə olunub. Biz bu sözləri niyə qəbul edirik, hansı şəraitdə dilimizə keçib və niyə hələ də onlardan istifadə edirik? Məsələ bundadır. Yoxsa kim deyər ki, bu sözlər lüğətə salınsın?!”

Alim əlavə edib ki, “ümumiyyətlə”, “belə ki”, “deməli” kimi sözlərimiz ola-ola onları əvəz edən rus sözlərinin dilimizdə kök salması narahatedicidir:

 “Axı bizdə bu sözlər var. Niyə onlardan istifadə etmirik? Niyə bu qədər rus təsirinə məruz qalırıq? Bu, bizim dilə və təfəkkürə basqının nəticəsidir”.

Sonda isə akademik mövzu ətrafında dolaşan söz-söhbətlərə nöqtə qoyub:

“Bu nə ifadədir düşüb camaatın dilinə ki, guya mən demişəm bu sözlər lüğətə əlavə edilsin? Mən belə bir fikir bildirməmişəm! Dediyim odur ki, bu cür sözlər üçün ayrıca izahlı lüğət tərtib olunmalıdır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaxanımın əkiz övladları olub

Almaxanımın əkiz övladları olub

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirildi – FOTO

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirildi – FOTO

Astarada 45 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Astarada 45 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Hərbçilərimiz Türkiyədə təlimdə - VİDEO

Hərbçilərimiz Türkiyədə təlimdə - VİDEO

“Barselona”nın istədiyi futbolçu klubunda QALDI

“Barselona”nın istədiyi futbolçu klubunda QALDI

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILIR

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILIR

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Dözmədim, Bakıya qayıtdım” – Ayaz Salayevdən Rusiya ilə bağlı gözlənilməz ETİRAF

“Dözmədim, Bakıya qayıtdım” – Ayaz Salayevdən Rusiya ilə bağlı gözlənilməz ETİRAF

Gəncədə ev YANDI – Xəsarət alan var

Gəncədə ev YANDI – Xəsarət alan var

Yeni DƏB – Şəhərə “zombi”lər GƏLƏCƏK – FOTO

Yeni DƏB – Şəhərə “zombi”lər GƏLƏCƏK – FOTO

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasında GÖRÜŞ

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasında GÖRÜŞ

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Xankəndidə İlham Əliyevlə Məsud Pezeşkianın görüşü keçirildi – FOTO

Xankəndidə İlham Əliyevlə Məsud Pezeşkianın görüşü keçirildi – FOTO

Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı

Ərdoğan və Pezeşkian Xankəndidə GÖRÜŞDÜ

Ərdoğan və Pezeşkian Xankəndidə GÖRÜŞDÜ

İş axtaranlara ŞAD XƏBƏR – Rus dili tələbi aradan QALXIR...

İş axtaranlara ŞAD XƏBƏR – Rus dili tələbi aradan QALXIR...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü BAŞA ÇATDI

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü BAŞA ÇATDI

Azərbaycana qarşı döyüşmüş separatçı həbs edildi - FOTO

Azərbaycana qarşı döyüşmüş separatçı həbs edildi - FOTO

“Belə etdim ki, düşük söhbətləri eşitməyim”

“Belə etdim ki, düşük söhbətləri eşitməyim”

Makron indi də canavar ovuna ÇIXIR

Makron indi də canavar ovuna ÇIXIR

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da ƏLAVƏ EDİLƏCƏK

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da ƏLAVƏ EDİLƏCƏK

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO