Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində evlərin sökülməsi ilə bağlı narazılıqlar davam edir. Əhali köçürülməyə qarşı çıxır və razılaşmaya imza atmaq istəmir. Maraqlıdır, tanınmış televiziya aparıcısı Elgiz Əkbərin də evinin həmin ərazidə yerləşdiyi deyilir.
Bəs o, da söküntüyə razılıq verməyənlər sırasındadırmı?
Bizim.Media məsələni dəqiqləşdirmək üçün Elgiz Əkbərin özü ilə əlaqə saxlayıb. Aparıcı yayılan məlumatlara belə aydınlıq gətirib:
“Sizə yanlış məlumat veriblər. Mənim evim çoxdan plana düşüb və artıq köçmüşəm. Bəli, hazırda da Kubinkada yaşayıram, amma “navastroykada””, - deyə o, bildirib.
Aygün Hüseyn, Bizim.Media