Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu - FOTO

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.

Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm”.

Kontakt Home”dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib: “Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır”.

“iPhone 16 Pro” qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib: “Birbank tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”.

Qeyd edək ki, Bahar lotereyasında 45 nəfər “Bravo” marketdən 50 AZN-lik kupon, 25 nəfər “Kontakt Home”dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Birmarket-dən (Red: Umico 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini Birmarket olaraq davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı və istənilən Birbank taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanırdı.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri POZULMAYIB

Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri POZULMAYIB

Naxçıvanda 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edildi

Naxçıvanda 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edildi

UEFA “Beşiktaş”ı CƏZALANDIRDI

UEFA “Beşiktaş”ı CƏZALANDIRDI

Təzə pomidorları soyuducuda SAXLAMAYIN: Ən yaxşı yer haradır?

Təzə pomidorları soyuducuda SAXLAMAYIN: Ən yaxşı yer haradır?

Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu

Bu aeroport BAĞLANDI - Reyslər ləğv edildi

Bu aeroport BAĞLANDI - Reyslər ləğv edildi

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

“Neftçi”dən ayrılan futbolçu bu kluba keçdi

“Neftçi”dən ayrılan futbolçu bu kluba keçdi

“Hade”dən Azərbaycanla bağlı PAYLAŞIM - VİDEO

“Hade”dən Azərbaycanla bağlı PAYLAŞIM - VİDEO

Şehiç “Qarabağ”a gələsi olmadı

Şehiç “Qarabağ”a gələsi olmadı

Bakıda gənc oğlana xəncərlə HÜCUM EDİLDİ

Bakıda gənc oğlana xəncərlə HÜCUM EDİLDİ

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı – DERBİLƏRİN VAXTI

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı – DERBİLƏRİN VAXTI

Müğənnidən maraqlı AÇIQLAMA: “Babam nənəmlə evlənəndə 60 yaşı olub” - VİDEO

Müğənnidən maraqlı AÇIQLAMA: “Babam nənəmlə evlənəndə 60 yaşı olub” - VİDEO

Bölgə klubunun hazırlıq planı BƏLLİ OLDU

Bölgə klubunun hazırlıq planı BƏLLİ OLDU

Türkiyəli nazir Xankəndidən PAYLAŞIM ETDİ - FOTO

Türkiyəli nazir Xankəndidən PAYLAŞIM ETDİ - FOTO

Daha bir Polşa klubu “Qarabağ”ın futbolçusuna maraq göstərir

Daha bir Polşa klubu “Qarabağ”ın futbolçusuna maraq göstərir

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən AZAD EDİLDİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən AZAD EDİLDİ

“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

“Trabzonspor” İngiltərə klubunun hücumçusunu TRANSFER ETDİ

Şahbaz Şərif Xankəndidən özünə və Ərdoğana EV İSTƏDİ - VİDEO

Şahbaz Şərif Xankəndidən özünə və Ərdoğana EV İSTƏDİ - VİDEO

45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO

45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı - VİDEO

Xoşqədəmlə Doğuş övladlığa uşaq götürür - VİDEO

Xoşqədəmlə Doğuş övladlığa uşaq götürür - VİDEO

Ruzanna Məmmədova Avropa çempionu OLDU

Ruzanna Məmmədova Avropa çempionu OLDU

“Sülh müqaviləsi Tiflisdə imzalanacaq” İDDİASI

“Sülh müqaviləsi Tiflisdə imzalanacaq” İDDİASI

End of content

No more pages to load

RADİO