Dərmanlar bahalaşmağa DAVAM EDİR – Problemdən ÇIXIŞ YOLU nədir?

Xəbər verdiyimiz kimi Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib

Dərman  qiymətlərinin bahalaşması son illərdə cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib. Bu məsələ, xüsusilə sağlamlıq xərclərinin artması və müalicə üçün lazım olan dərmanların qiymətlərinin yüksəlməsi ilə bağlı narahatlıqları artırır.

Bəs dərman qiymətlərinin bahalaşmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibbi ekspert Aqil Qeybulla bildirib ki, dərmanların qiymətinin bahalaşması bir çox amildən aslıdır:

”Dərmanlarda qiymət artımı bütün dünyada müşahidə edilir. COVID-19 pandemiyası, Rusiya –Ukranya müharibəsinin yaratdığı problemlər bütün dünya iqtisadiyyatının infrastrukturunda  müəyyən maneələrə səbəb oldu. Ona görə də bu gün bir sıra  məhsulların qiymətində artım müşahidə olunur. Bu artımı həm Avropa ölkələrində, həm də Azərbaycanda görmək olur. Azərbaycan əsasən idxaldan asılı ölkədir, biz ölkəyə həm qida həm digər sənaye məhsullarını gətiririk. Məhsullar xaricdə bahalaşdığı üçün yerli qiymətlərdə də artımlar qeydə alınır.

Digər tərəfdən də neftin qiymətinin aşağı düşməsi, Azərbaycanın daxili iqtisadi imkanlarına da təsir edir. Həmçinin gömrük rüsumunun qalxması, vergilərin qiymətlərində fərqlərin olması - bütün bunlar dərmanların qiymətinə təsir edir”.

Ekspert dərmanların bahalaşmaması ilə bağlı çıxış yollarını da təklif edib:

“Vətəndaşın dövlət xəstəxanasınada qeydiyyatı varsa,   icbari tibbi sığorta ilə müalicə olunduğu dövrdə əhəmiyyətli dərmanlar icbari tibbi siğorta paketinə daxil edilməlidir. Hətta ambulator şəkildə xəstənin sonradan alacağı dərmanlar da bu paketə aid edilməlidir.

Əgər  xəstələr özbaşına aptekdən dərman alıb istifadə edirsə, buna görə kimsə məsuliyyət daşımır. Dövlətin bu sahədə birinci əsas qayğısı xəstənin müalicəsi üçün vacib  dərmanların icbari tibbi sığorta paketinə daxil edilməsi olmalıdır” - deyə A.Qeybulla bildirdi.

Gülər Həsənli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

Kərə yağı sağlamlığa necə TƏSİR EDİR: Hər gün yemək olarmı?

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Aydın Saninin restoranında NARAZILIQ: “Dedilər, qonaqlar acından ölür” - VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Lənkəranda 65 yaşlı kişi BIÇAQLANDI

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Göygöldə təcili tibbi yardım briqadasına HÜCUM OLUNDU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

“Dinamo”nun üzvünün “Qarabağ”a keçidi baş tutmadı - SƏBƏB

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

İlham Əliyev özbəkistanlı həmkarıyla görüşündən PAYLAŞIM ETDİ - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

Türkiyədə meşə yanğınları DAVAM EDİR - VİDEO

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

DİQQƏT: Bu şəxslərə işə başlamazdan əvvəl AVANS VERİLƏCƏK

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Masazırda güclü yanğın BAŞLAYIB - VİDEO

Güləşçimiz Avropa çempionu OLDU

Güləşçimiz Avropa çempionu OLDU

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Rusiyanın növbəti hədəfi Araz Ağalarov oldu - FOTO

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Qarabağ kanalında batan yeniyetmənin meyiti TAPILDI

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyədən ETİRAF: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Emin Mustafayevə VƏZİFƏ VERİLDİ

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

Kolumbiyalı futbolçunun “Neftçi”yə keçidi niyə baş tutmayıb?

Ukraynada SOCAR yanacaqdoldurma məntəqəsinin yanında GÜCLÜ PARTLAYIŞ oldu - VİDEO

Ukraynada SOCAR yanacaqdoldurma məntəqəsinin yanında GÜCLÜ PARTLAYIŞ oldu - VİDEO

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

End of content

No more pages to load

RADİO