Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, ailə münaqişəsi zəminində kişi həyat yoldaşı 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırovaya bıçaqla xəsarət yetirib.
Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media