“01.07.2025 ... Son günlər Yekaterinburqda azərbaycanlılara qarşı baş verən qəddar münasibət, iş adamlarının qətli bir azərbaycanlı kimi məni də çox narahat edir ... Bəziləri bunu bilərəkdən törədilən əməl, bəziləri iki ölkənin bir-birinə olan münasibətinə kölgə salmaq, bəziləri isə düsmənin dəyirmanına su tökmək kimi dəyərləndirirlər ... Bütün hallarda öldürülən bizim həmyerlilərimizdir və Azərbaycan dövləti bu məsələyə seyrci mövqeyində qalmayacaq və qalmır da... Amma deyim ki, baş verənlər hər iki ölkənin istər mədəni, istərsə də iqtisadi həyatına birbaşa təsir göstərdi... Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər dayandırıldı, “Dream Fest”-ə dəvət olunan qonaqların siyahısında dəyişiklik olundu…”
Bizim.Media xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO
“Hər halda heç də ürəkaçan xəbərlər deyil... Və indicə aldığımız daha bir xəbər bu münasibətlərin bir az da gərginləşəcəyinə işarə vurdu. Belə ki, Yekaterinburqda Azərbaycanlıların Diaspor rəhbəri Şahin Şıxlinski (20.02.1966) həbs olundu. Olduqca gözlənilməz və ağır xəbər oldu. Ölkəmizi Yekaterinburqda layiqincə təmsil edən Şahin müəllimin həbsi heç nə ilə izah oluna bilməz. Onun necə bir Diaspor rəhbəri olduğu hər kəsə bəllidir. Və hadisələrin bu məcraya gəlib catması insanda ancaq təəssüf hissi doğurur. Şahin müəllimə Ədalət tələb edir və onun günahsız yerə həbs olunmasına inanıram. Allah yardımçısı olsun”, - Hacı Nuran qeyd edib.
Qeyd edək ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski bu dəqiqələrdə Yekaterinburqda saxlanılıb.
Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvali Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb.
Mutvali Şıxlinskinin açıqlamasına görə, diaspor rəhbəri Səfərov qardaşlarının işində şahid olduğuna görə saxlanılıb.
Bizim.Media