Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sahədə iş görən zaman traktorla birlikdə ərazidəki gölə düşüb.
Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb. Adil Bayramovun meyiti sudan çıxarılaraq, müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu