Xaçmazın Qadaşoba kəndində 15 yaşlı oğulun 43 yaşlı anası Kifayət Dəmirqarayevanı hansı səbəbdən qətlə yetirməsi məlum deyil.
Bizim.Media-nın məlumatına görə, polis əməkdaşları tərəfindən saxlanılıb aparılarkən ətrafdakıların “ananı niyə öldürdün?" sualına A.Lətifov cavab verməyib, polislərə işarə edərək, "orada deyəcəyəm" söyləyib.
Yerli büromuzun əldə etdiyi məlumata görə, hadisə zamanı ana və oğul evdə ikisi olub.
Ev sahibi Elşad Lətifov və evin digər oğul övladı evdə olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.