Bu gün Xaçmazın Qadaşoba kəndində 43 yaşlı Kifayət Nadir qızı Lətifovanın kəsici alətlə qətlə yetirilməsi barədə Xaçmaz polis şöbəsinə məlumat daxil olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun 15 yaşlı oğlu A. Lətifov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xaçmaz rayon prokurorluğunda fakta görə cinayət işi açılıb. Hadisə baş verən evdən fotonu təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.