Vardanyan yenidən HAKİM QARŞISINDA - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 1-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
 

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.


Ardınca təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edib.

Bildirib ki, iyunun 23-də məhkəmə kollegiyası protokolla tanış olmaq üçün ona və təqsirləndirilən şəxsə şərait yaradıb və onlar cari il fevralın 13-də və 17-də keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər. Müdafiə tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarların çıxarışının da onlara verilməsini xahiş edib.

Təqsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiə edib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisi hansı sənədlərlə tanış olmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə də əvvəl olduğu kimi şərait yaradılacaq.

Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərərçəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınmış qardaşı Absaləddin Köklərov ifadə verib. O, qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını, 5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib.
 

Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladı Hacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperlə vurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib.


Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər də yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak olub. Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində o və yanındakı bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub.

Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığını söyləyib.
 

Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarətlər aldığını deyib.


İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdan açılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ də davam etdiyini diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həmin vaxt Toğrul Osmanlının və Altay Əhədovun da düşmən atəşi nəticəsində xəsarət aldıqlarını söyləyib.

Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərə görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib.

Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəş nəticəsində xəsarət aldığını deyib. Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində sol ayağından yaralandığını söyləyib. Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşi nəticəsində yaralandığını vurğulayıb.
 

Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, Aydın Tanrıverdiyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.


Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o, Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində xəsarət alıb.

Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış “Faqot” tankəleyhinə idarəolunan raketin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeyd edib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev və Elnur Kərimov həlak olublar.

Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində xəsarətlər aldığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarını söyləyiblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” hazırlığa BAŞLADI

“Turan Tovuz” hazırlığa BAŞLADI

“Biri toya 56 milyon xərcləyir, digəri 1 kq meyvə ala bilmir” - Nura Suri

“Biri toya 56 milyon xərcləyir, digəri 1 kq meyvə ala bilmir” - Nura Suri

Şirvanda kafedə əxlaqsızlıq yuvası AŞKARLANDI

Şirvanda kafedə əxlaqsızlıq yuvası AŞKARLANDI

Maurinyo bu futbolçunu “Fənərbağça”ya gətirmək istəyir

Maurinyo bu futbolçunu “Fənərbağça”ya gətirmək istəyir

“Rusiya telekanallarını yayımlamayın!” - Murad Arifdən ETİRAZ

“Rusiya telekanallarını yayımlamayın!” - Murad Arifdən ETİRAZ

Azərbaycanlı karateçi dünya reytinqinin lideridir

Azərbaycanlı karateçi dünya reytinqinin lideridir

Şahin Şıxlinski sərbəst buraxıldı - VİDEO

Şahin Şıxlinski sərbəst buraxıldı - VİDEO

Azərbaycan Polisinin yaranmasından 107 il ÖTÜR

Azərbaycan Polisinin yaranmasından 107 il ÖTÜR

Gənəli yastığı yandırmaq istəyən kişi 12 hektar meşəyə OD VURDU - VİDEO

Gənəli yastığı yandırmaq istəyən kişi 12 hektar meşəyə OD VURDU - VİDEO

“Beşiktaş” İngiltərə millisinin üzvü ilə müqavilə BAĞLADI

“Beşiktaş” İngiltərə millisinin üzvü ilə müqavilə BAĞLADI

OMON-çular Şahin Şıxlinskinin mənzilinə BASQIN ETDİLƏR - Sənədləri GÖTÜRÜLÜB

OMON-çular Şahin Şıxlinskinin mənzilinə BASQIN ETDİLƏR - Sənədləri GÖTÜRÜLÜB

Damlanın bu görüntüsünü ƏLƏ SALDILAR - VİDEO

Damlanın bu görüntüsünü ƏLƏ SALDILAR - VİDEO

“Qarabağ”ın bütün rəqibləri MÜƏYYƏNLƏŞDİ

“Qarabağ”ın bütün rəqibləri MÜƏYYƏNLƏŞDİ

Sumqayıtda ər arvadını QƏTLƏ YETİRDİ

Sumqayıtda ər arvadını QƏTLƏ YETİRDİ

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

“Sabah” fransalı futbolçu ilə müqavilə BAĞLADI

“Sabah” fransalı futbolçu ilə müqavilə BAĞLADI

Hacı Nuran saxlanılan diaspor rəhbəri ilə fotosunu PAYLAŞDI: "Ədalət tələb edirəm" - FOTO

Hacı Nuran saxlanılan diaspor rəhbəri ilə fotosunu PAYLAŞDI: "Ədalət tələb edirəm" - FOTO

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

“Arsenal” “Çelsi”nin qapıçısını TRANSFER ETDİ

“Arsenal” “Çelsi”nin qapıçısını TRANSFER ETDİ

Baş katibin sözçüsü: “BMT Azərbaycan-Rusiya gərginliyindən tam xəbərdardır”

Baş katibin sözçüsü: “BMT Azərbaycan-Rusiya gərginliyindən tam xəbərdardır”

Bu bürclər böyük möcüzə ƏRƏFƏSİNDƏDİR: Şans tezliklə gələcək

Bu bürclər böyük möcüzə ƏRƏFƏSİNDƏDİR: Şans tezliklə gələcək

“Şamaxı”dan ayrılan futbolçu “Karvan”la ANLAŞDI

“Şamaxı”dan ayrılan futbolçu “Karvan”la ANLAŞDI

Eks-səfir: "Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

Eks-səfir: "Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

End of content

No more pages to load

RADİO