Beyləqanda yük maşını ilə minik maşını toqquşub.
Bizim.Media xəbər verir ki, qəza hadisəsi rayonun Şərq qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan MAN markalı yük maşını "Nissan" markalı minik maşını ilə toqquşub.
Nəticədə minik maşınında olanlar 1977-ci il təvəllüdlü Abdullayev İlham İsgəndər oğlu və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail Şamil oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.