“Sonra da təəccüblənirik ki, görəsən niyə “orada” bizi sevmirlər... Amma bütün bunlar ona görə baş verir ki, kimlərsə cəzasız qalacaqlarına həddindən artıq inanıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya jurnalisti və ictimai xadimi Kseniya Sobçak Səfərov qardaşlarının ölümü ilə bağlı baş verən “beynəlxalq qalmaqal” barədə deyib.
“Hazırda Azərbaycan KİV-ləri tibbi ekspertizadan çəkilmiş görüntüləri yayımlayır – orada aydın görünür ki, kişilərin bədənində demək olar ki, salamat bir yer belə yoxdur.
Bir daha xatırladıram: hətta əgər bir şəxs şübhəli sayılırsa belə (onun təqsiri hələ sübuta yetirilməyib!), bu ona işgəncə verməyə icazə vermir. Onların hansı millətdən olmalarının, hansı ölkənin vətəndaşı olduqlarının və nə ilə ittiham edilmələrinin heç bir əhəmiyyəti yoxdur”, – deyə Sobçak vurğulayıb.
“İndi elə vəziyyət yaranıb ki, hüquq-mühafizə orqanlarından kiminsə ayrı-ayrı hərəkətləri beynəlxalq qalmaqala səbəb olub və bu qalmaqal daha da böyüyür.
Və hər zaman olduğu kimi, nəticədə məsuliyyət daşıyanlar nə hüquq-mühafizəçilər, nə də diplomatlar olacaq. Əsl cəzanı adi insanlar çəkəcək – yaşayan, işləyən, övlad böyüdən, qonaq gedən insanlar. Sərhəddən keçəndə əlləri əsən və başqalarının səhvinə görə cəzalandırılmaq qorxusu yaşayan insanlar. Sonra da təəccüblənəcəyik ki, görəsən niyə bizi “orada” sevmirlər, gözləmirlər və niyə bizi saxlayırlar”, – deyə o əlavə edib.
Bizim.Media