Xəbər verdiyimiz kimi, Fərid Əsgərov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Bəylər Əyyubovun yerinə Fərid Əsgərov TƏYİN OLUNDU
Bizim.Media xəbər verir ki, Azərbaycan Karate Federasiyası bu vəzifəyə təyin olunması münasibətilə onu təbrik edib.
Bundan əlavə, məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi. Fərid Əsgərov həmçinin Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.
Onu da bildirək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub.
Bizim.Media