Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.
 

Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.


Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.

Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.
 

Qeyd edək ki, Kapital Bank ölkəmizdə çevik idarəetmə metodologiyasını (“Agile”) tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən etibarən bu yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Əl-Nəsr"in hücumçusu "Fənərbağça"ya KEÇİR

"Əl-Nəsr"in hücumçusu "Fənərbağça"ya KEÇİR

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Dmitri Qordon: “AZAL təyyarəsində olduğu kimi Rusiya yenə həqiqəti gizlətməyə çalışır”

Dmitri Qordon: “AZAL təyyarəsində olduğu kimi Rusiya yenə həqiqəti gizlətməyə çalışır”

“Qarabağ” Portuqaliyadan hücumçu TRANSFER EDİR

“Qarabağ” Portuqaliyadan hücumçu TRANSFER EDİR

Azərbaycanlı rəssam Rusiyada qiyabi HƏBS EDİLDİ - FOTO

Azərbaycanlı rəssam Rusiyada qiyabi HƏBS EDİLDİ - FOTO

"Sputnik Azərbaycan"ın 2 əməkdaşının təqdimatına Xətai Rayon Məhkəməsində baxılacaq

"Sputnik Azərbaycan"ın 2 əməkdaşının təqdimatına Xətai Rayon Məhkəməsində baxılacaq

Ermənistan Azərbaycana 150 milyard dollar dəyərində zərər vurub - RƏSMİ

Ermənistan Azərbaycana 150 milyard dollar dəyərində zərər vurub - RƏSMİ

Rəhim Məmmədov vəfat etdi

Rəhim Məmmədov vəfat etdi

"Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

"Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

Rəsmi Bakıdan Rusiyaya NOTA - "Daxili işlərimizə qarışmayın"

Rəsmi Bakıdan Rusiyaya NOTA - "Daxili işlərimizə qarışmayın"

Liseylərdə imtahan sualları öncədən bəzi şagirdlərə SATILIB? – Rəsmi AÇIQLAMA

Liseylərdə imtahan sualları öncədən bəzi şagirdlərə SATILIB? – Rəsmi AÇIQLAMA

İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət

İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

“Şvıdkoyun qərəzli fikirləri təəccüb doğurur” - Rəsmi Bakıdan sərt CAVAB

“Şvıdkoyun qərəzli fikirləri təəccüb doğurur” - Rəsmi Bakıdan sərt CAVAB

Rusiyada Su-27 qırıcısı qəzaya uğradı

Rusiyada Su-27 qırıcısı qəzaya uğradı

İDDİA: AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib – SENSASİON SƏS YAZISI - VİDEO

İDDİA: AZAL təyyarəsinin vurulma əmrini Rusiya Müdafiə Nazirliyi verib – SENSASİON SƏS YAZISI - VİDEO

Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

II Qareginin BİZNES ŞƏBƏKƏSİ – Paşinyanın əsl hədəfi katolikosun MİLYONLARIDIR?

II Qareginin BİZNES ŞƏBƏKƏSİ – Paşinyanın əsl hədəfi katolikosun MİLYONLARIDIR?

Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ

Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ

Ansu Fati “Monako”ya keçdi - RƏSMİ

Ansu Fati “Monako”ya keçdi - RƏSMİ

Bu ölkə ilə viza rejimi qismən ləğv edildi

Bu ölkə ilə viza rejimi qismən ləğv edildi

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

Simonyan: “Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılacaq”

End of content

No more pages to load

RADİO