Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.
Bizim.Media xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonlarının ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Bizim.Media