Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib.
Bizim.Media xəbər verir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub.
X. Qubadov almış olduğu kəllə-beyin xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır. (Qafqazinfo.az)
Bizim.Media