İTV-dən Kənan MM-in iddialarına CAVAB

Aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham edib. Sosial şəbəkə hesabında mütəmadi bu kanalla bağlı paylaşımlar edən Kənan MM bildirib ki, telekanal rəhbərliyi yalnız öz tanışlarından layihələri qəbul edir, digər rejissorları isə yaxına buraxmır. Onun bu barədə paylaşımlarına aktyor Hikmət Rəhimov da dəstək verib. Tanınmış sənətçi də bildirib ki, İTV rəhbəri Balaş Qasımov yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi Yalçın Verdiyevi telekanaldan uzaqlaşdırmalıdır. Onun sözlərinə görə, Y.Verdiyev öz ətrafını İTV-də toplayıb.

Bizim.Media xəbər verir ki, telekanaldan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil:

“Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi aşağıdakı mərhələlər üzrə aparılır. Ssenari prodüser və ya rejissordan qəbul edilir.

Daha sonra onun dəyərləndirilməsi aparılır. Bu proses 3 meyar üzrə həyata keçirilir:

-Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi;

-Ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, peşəkar təcrübəsi;

-Layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə


Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan Şirkət bu seçimə çox dəqiq yanaşır. İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub.
 

Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib.


Kənan Mahmudovun təqdim etdiyi ssenarinin qəbul edilməməsi məsələsinə gəldikdə, istənilən rejissor öz layihəsini ən uğurlu və yaxşı hesab edə bilər. Lakin bu o demək deyil ki, onun irəli sürdüyü layihə İctimai Televiziyanın yuxarıda göstərilən meyarlarına digər təqdim olunan ssenarilərdən daha çox uyğun gələcək. Onu da vurğulamaq istəyirik ki, İctimai TV-yə təklif olunan ssenarilərin sayı kifayət qədər çoxdur. Bu da bir tərəfdən rejissor və prodüserlərin bizə etibarından, digər tərəfdən isə İTV-nin bu sahədə yüksək nüfuzundan xəbər verir. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti istehsala qəbul etdiyi layihələrə görə hər bir mərhələdə (ssenarinin qəbulu, filmin hazırlanması və yayımı) məsuliyyət daşıyır. Bu sahədə istənilən uğur və ya müvəffəqiyyətsizlik İTV-nin məsuliyyətidir. Bu məsuliyyəti biz daşıyırıqsa, hansı filmin istehsal ediləcəyi ilə bağlı da yekun qərar vermək hüququ məhz bizə məxsusdur.

Xüsusilə vurğulayırıq ki, bu günədək heç bir yaradıcı şəxsə layihəsinin reallaşdırılacağı ilə bağlı əsassız vədlər verilməyib.

Ssenarisi İctimai Televiziyada qəbul edilməyən rejissorlar layihələrini ölkədə fəaliyyət göstərən digər televiziya kanallarına təqdim etməkdə tam sərbəstdirlər. Televiziya kanallarının auditoriyası müxtəlifdir və ola bilər ki, İTV-nin öz parametrləri əsasında uyğun saymadığı layihə digər kanala və onun auditoriyasına uyğun olsun. Hesab edirik ki, bu cür rəqabət mühitinin mövcudluğu həm televiziyaların, həm də prodüser və rejissorların daha da inkişaf etməsinə şərait yaradacaq. Biz hər bir yaradıcı insana işində müvəffəqiyyət arzu edirik. İctimai Televiziya fəaliyyətinə dair hər bir vətəndaşın fikrini sərbəst şəkildə ifadə etmək hüququnu tanıyır və bu hüququ dəstəkləyir.

Hüquqlarının pozulduğunu hesab edən istənilən vətəndaş, o cümlədən yaradıcı şəxslər, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, ictimai müzakirələr zamanı qarşı tərəfin ləyaqət və işgüzar nüfuzuna xələl yetirilməməlidir. İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi prokuror bayram günləri sərhədlərdə olub - FOTO

Hərbi prokuror bayram günləri sərhədlərdə olub - FOTO

“Turan Tovuz” “Sabah”ın üzvü ilə MARAQLANIR

“Turan Tovuz” “Sabah”ın üzvü ilə MARAQLANIR

Qarpızı qapalı su hövzələrində soyutmaq TƏHLÜKƏLİDİR

Qarpızı qapalı su hövzələrində soyutmaq TƏHLÜKƏLİDİR

Uilyamsın “Barselona”ya keçidinə nə mane olur?

Uilyamsın “Barselona”ya keçidinə nə mane olur?

Elzadan maraqlı AÇIQLAMA: “Mənə kimsə ev versə, tarixdə qalacaq” - VİDEO

Elzadan maraqlı AÇIQLAMA: “Mənə kimsə ev versə, tarixdə qalacaq” - VİDEO

Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? – AÇIQLAMA

Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? – AÇIQLAMA

Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” SAXLANILDI

Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” SAXLANILDI

Montella daha 2 il Türkiyə millisində QALACAQ

Montella daha 2 il Türkiyə millisində QALACAQ

Aysun QƏZƏBLƏNDİ: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" - VİDEO

Aysun QƏZƏBLƏNDİ: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" - VİDEO

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay OLACAQ

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay OLACAQ

Şahin Şahbazov vəzifəsindən AYRILDI

Şahin Şahbazov vəzifəsindən AYRILDI

Tramp Suriyaya sanksiyaların ləğvi ilə bağlı sərəncam İMZALAYACAQ

Tramp Suriyaya sanksiyaların ləğvi ilə bağlı sərəncam İMZALAYACAQ

Sabah çimərliklərdə hava necə olacaq? - İyulun 1-də...

Sabah çimərliklərdə hava necə olacaq? - İyulun 1-də...

Bu futbolçu “Atletiko”dan AYRILDI

Bu futbolçu “Atletiko”dan AYRILDI

Şampununuza cəmi 3 damcı əlavə edin – Saçınız 7 gün təmiz qalacaq

Şampununuza cəmi 3 damcı əlavə edin – Saçınız 7 gün təmiz qalacaq

Bakıdakı Rus Mədəniyyət Mərkəzi BAĞLANIB?

Bakıdakı Rus Mədəniyyət Mərkəzi BAĞLANIB?

“Milan” bu futbolçunun transferindən İMTİNA ETDİ

“Milan” bu futbolçunun transferindən İMTİNA ETDİ

Kelloq: “Rusiya həm vaxtı uzadıb, həm də Ukraynaya zərbələr endirməyə davam edə bilməz”

Kelloq: “Rusiya həm vaxtı uzadıb, həm də Ukraynaya zərbələr endirməyə davam edə bilməz”

Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ

"Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?" - VİDEO

"Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?" - VİDEO

UEFA iki klubu Avrokuboklardan KƏNARLAŞDIRDI

UEFA iki klubu Avrokuboklardan KƏNARLAŞDIRDI

“Biz hər addımda qurbanlar vermişik və təəssüf ki, onların böyük qismini Rusiya zülmünə vermişik” - VİDEO

“Biz hər addımda qurbanlar vermişik və təəssüf ki, onların böyük qismini Rusiya zülmünə vermişik” - VİDEO

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İTV-dən Kənan MM-in iddialarına CAVAB

“Sabah” fransalı futbolçu ilə müqavilə bağladı

“Sabah” fransalı futbolçu ilə müqavilə bağladı

End of content

No more pages to load

RADİO