Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzi yaxınlığında yerli “KRIK TV” kanalının çəkiliş qrupu ilə “Nar&Sharab” restoranının əməkdaşları arasında insident baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Deviçya Başnya” teleqram kanalı video yayıb.
Hadisənin səbəbi tam məlum deyil. Bildirilir ki, çəkiliş qrupu restorana onun açılış saatından – saat 12:00-dan əvvəl daxil olmaq istəyib, lakin onlara icazə verilməyib. Bundan sonra nə baş verdiyi barədə dəqiq məlumat yoxdur.
Kadrlarda görünür ki, jurnalistlərdən biri (ehtimal olunur ki, Aleksey Kuznetsov) restoran əməkdaşı Telli K. adlı xanıma qarşı kobud davranır, bu isə cəmiyyətin narahatlığına səbəb olub.
Bizim.Media