Ötən gün Qax rayonunun Cüdüllü kəndində çoban iti fermada iki nəfərə hücum çəkərək müxtəlif xəsarətlər yetirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri Fəxrəddin Hətəmov və Məhəmməd Hümbətova hücum çəkən it onlara ağır xəsarətlər yetirib.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İt hücumuna məruz qalan sakinlərin sağlıq durumu ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 74 yaşlı Fəxrəddin Hətəmov hər iki qolun dişlənmiş, didilmiş, cırılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardımdan sonra o, Zaqatala rayonunda yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.
Sol qolun dişlənmiş, cırılmış yarası təyin edilən 35 yaşlı Məhəmməd Hümbətova isə zəruri tibbi yardım göstərildikdən sonra bu gün ambulator müalicə üçün evə buraxılıb.
O da qeyd olunub ki, evə buraxılan şəxs hələ bir müddət həkim nəzarətində olacaq. Həmin şəxslərin vaxtaşırı müayinələrdən keçməsi tövsiyə edilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu