6 aylıq səhlənkarlığın QURBANI – 28 yaşlı gəncin ölümündə hansı qurum GÜNAHKARDIR? – ARAŞDIRMA

Bir neçə gün öncə “Baksol” yolu ərazisində yolun çökməsi səbəbilə bədbəxt hadisə baş verib. Belə ki, Nərimanov rayonu Baksol yolu adlanan ərazidə yolun çökməsi nəticəsində 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. 28 yaşlı gəncin meyiti iki gün sonra Hövsan ərazisində tapılıb.

Gəncin yol çökməsi nəticəsində həyatını itirməsi bir daha aidiyyatı qurumların öz işinə məsuliyyətli yanaşmamasını gündəmə gətirib.

Görüntülərdən aydın olur ki, avtomobil yolunun kənarında, piyadalar üçün ayrılan ərazidə duran şəxs qəfil yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşür. Ərazidəki kanalizasiya xəttinə aid lükün qapağı bağlı olsa da, yolun bir müddətdir, daha dəqiq 6 aydır çökdüyü bildirilib. Ərazidə təmir işinin aparılmasına, yolun  çökməsinə, insanların təhlükəsizliyinə dair heç bir nişan quraşdırılmayıb. Belə çıxır ki, 6 ay ərzində bir neçə gənc, uşaq, yaşlı bu faciəni yaşaya bilərdi.

Ümumiyyətlə, Baksol yolu adlanan ərazidə tez-tez təmir işlərinin aparıldığından məlumatlıyıq. 2022-ci ildə həm avqust, həm də dekabr ayında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Baksol yolunun ayrı-ayrı hissələrində təmir işlərinin aparıldığını, yolun hər iki hissəsində səkilərin quraşdırıldığı, yeni səki daşlarının düzülməsi haqqında məlumat yayıb.

Qeyd edək ki, Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik “Baksol” yolunda 2015-ci ildə də təmir işləri aparılıb. Həmin vaxt Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin məlumatında qeyd olunub ki, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Həmin məlumatda kanalizasiya lüklarının ətrafının da qurum tərəfindən asfaltlandığına dair fotolar yer alıb.

Lakin hadisə ilə bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilir ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb:

“Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.

Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.

Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir”.

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Qurumun məlumatına görə, araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri şəhərlərin Birləşmiş Su Təchizatl Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Qurumdan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib.

Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür:

“Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.  
 

Diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.


Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib” – deyə məlumatda qeyd olunub. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - Dövlət Xidməti

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - Dövlət Xidməti

Azər Zahid ev dustaqlığına BURAXILDI

Azər Zahid ev dustaqlığına BURAXILDI

“Sabah” Polşa klubunun futbolçusu ilə DANIŞIQ APARIR

“Sabah” Polşa klubunun futbolçusu ilə DANIŞIQ APARIR

Xəzər dənizindən meyiti tapılan şəxs TƏLƏBƏ İMİŞ... - FOTO

Xəzər dənizindən meyiti tapılan şəxs TƏLƏBƏ İMİŞ... - FOTO

Azərbaycan azad edilmiş ərazilərə nə qədər sərmayə yatırıb?

Azərbaycan azad edilmiş ərazilərə nə qədər sərmayə yatırıb?

“Sputnik Azərbaycan”ın əməkdaşlarının saxlanılması ilə bağlı Peskovdan AÇIQLAMA – VİDEO

“Sputnik Azərbaycan”ın əməkdaşlarının saxlanılması ilə bağlı Peskovdan AÇIQLAMA – VİDEO

Qara maskalı CƏLLADLAR – Rusiyada skinhedlərin işini OMON davam etdirir – GİZLİ FAKTLAR

Qara maskalı CƏLLADLAR – Rusiyada skinhedlərin işini OMON davam etdirir – GİZLİ FAKTLAR

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlandı - HƏBS OLUNANLAR VAR

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlandı - HƏBS OLUNANLAR VAR

58 il öncə cinayət törətdi - 92 yaşında həbs edildi

58 il öncə cinayət törətdi - 92 yaşında həbs edildi

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu şəhərin meri dişi timsahla evləndi

Bu şəhərin meri dişi timsahla evləndi

Aşağı qiymətə zirkon diş reklamlarına aldanmayın – Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ

Aşağı qiymətə zirkon diş reklamlarına aldanmayın – Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ

Rusiyadan Azərbaycana ŞOK HƏDƏ

Rusiyadan Azərbaycana ŞOK HƏDƏ

Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı

Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda Özbəkistan səfirliyinin yeni binasının açılışı OLACAQ

Azərbaycanda Özbəkistan səfirliyinin yeni binasının açılışı OLACAQ

Daha iki nəfər kanalda batdı - Birinin 91, digərinin 17 yaşı var... – VİDEO

Daha iki nəfər kanalda batdı - Birinin 91, digərinin 17 yaşı var... – VİDEO

Kadırovun oğlu toyundan sonra Putinlə FOTOSUNU paylaşdı

Kadırovun oğlu toyundan sonra Putinlə FOTOSUNU paylaşdı

20 yaşlı sürücü "Mercedes"lə piyadanı vurub öldürdü

20 yaşlı sürücü "Mercedes"lə piyadanı vurub öldürdü

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb - FOTO

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb - FOTO

İspaniyada Qlobal Konfrans keçirilir – FOTO

İspaniyada Qlobal Konfrans keçirilir – FOTO

Bu ailələrə hər uşaq üçün 140 manat ÖDƏNİLƏCƏK – Müraciət etmək QAYDASI - FOTO

Bu ailələrə hər uşaq üçün 140 manat ÖDƏNİLƏCƏK – Müraciət etmək QAYDASI - FOTO

“Turan Tovuz” braziliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

“Turan Tovuz” braziliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

Türkiyədə satirik jurnalın əməkdaşları TUTULDU – VİDEO

Türkiyədə satirik jurnalın əməkdaşları TUTULDU – VİDEO

Yasamalda məişət və təkər tullantıları yığılmış sahə yanır

Yasamalda məişət və təkər tullantıları yığılmış sahə yanır

End of content

No more pages to load

RADİO