Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Fərid Əsgərov təyin edilib.
Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.
Onu da bildirək ki, digər bir məlumata görə, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub.
Bizim.Media