Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmazın Qaradağ Buduq kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Ford Tranzit" avtomobil velosipedlə hərəkətdə olan Seyid Əhmədovu vurub. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu