Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini aşağı salır.
Bizim.Media xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, yeni qiymətlərə əsasən, qısaqol polo köynək 8 manat, uzunqol polo köynək 10 manat, şalvar 15 manat, jaket 20 manat, ətək isə15 manat təşkil edir.
"Standart 26-54 ölçüdən böyük 56, 58, 60 şalvar, ətək və polo köynəklər artıq parça sərfiyyatı səbəbindən qiymətə 5 azn əlavə olunur", - E. Əzimov əlavə edib.
Qeyd edək ki, ötən il qollu və qolsuz köynəklər 15 manat, şalvar və ətəyin qiyməti isə 20 manat, jaket isə 30 manat idi. (Apa.az)
Bizim.Media