Dəmir yollarında rəqəmsallaşmanın Azərbaycan MODELİ

Dəmir yollarının rəqəmsallaşdırılması səmərəliliyi artırmaq və dəmiryolunu sərnişinlər və yükdaşıyanlar üçün daha cəlbedici etmək potensialına malikdir. O, həmçinin sektorun yüksək təhlükəsizlik standartlarının saxlanmasında mühüm rol oynaya bilər. Rəqəmsallaşma həm də transformativ təsir gətirir. Məsələn, real vaxt rejimində məlumatların istifadəsi, müəyyən funksiyaların və proseslərin avtomatlaşdırılması yolu ilə rəqəmsallaşma şəbəkə tutumuna birbaşa təsir göstərərək qatarların daha qısa məsafələrdə hərəkətinə şərait yaradır.

Trafikin idarə edilməsi rəqəmsallaşma üçün yetişmiş bir sahədir. Ənənəvi dəmir yolu sabit qrafiklərə və həm səmərəsiz, həm də insan səhvinə məruz qala bilən əl ilə işdən kənara çıxdığı halda, rəqəmsal sistem qatar cədvəllərini optimallaşdırır və nəqliyyat axınını dinamik şəkildə idarə edə bilir. Bu, daha yüksək səmərəliliyə və dəmir yolu infrastrukturundan daha yaxşı istifadəyə səbəb olur.
 

Təbii ki, bu potensialdan istifadə etmək üçün bu günün dəmir yolu ilə sabahkı arasındakı rəqəmsal uçurumu aradan qaldırmaq məqsədilə yeni texnologiyalar tələb olunur. Məsələn, cari dəmir yolu əməliyyatları vəziyyətin monitorinqi üçün sərt proseslərdən və köhnə sistemlərdən, həmçinin yol kənarı avadanlığı -siqnalları və idarəetmə vasitələri arasında siqnalizasiyadan asılıdır.


Bu sistem qatarların blok məsafəsində hərəkət etdiyi cari əməliyyat rejimi üçün yaxşı işləsə də, gələcək dəmir yolunun tələb edəcəyi çeviklik səviyyəsinə imkan vermir.

Bəs, bu rəqəmsal fərqi necə azaltmaq olar?

Siqnal və məlumat yükünü daşıya bilən möhkəm və etibarlı rabitə magistralına malik olmaq rəqəmsallaşmanın tam potensialını reallaşdırmaq üçün açardır.

Yeni təşəbbüsləri tətbiq etmək üçün ilk növbədə qatar idarəetmə sistemlərində etibarlı rabitə və siqnalizasiyanın inkişafı ilə bağlı əsas məsələləri həll etmək lazımdır.

İlk növbədə bütün dəmir yolları üçün uyğunlaşdırıla bilən kommunikasiyalar:

- Gələcək dəmir yolu sistemlərində istifadə olunacaq və mövcud sistemlərlə geriyə doğru uyğunluğu təmin edəcək inkişaf etmiş nəqliyyatın idarə edilməsi və nəzarəti üçün rabitə sistemini müəyyənləşdirilməli və nümayiş etdirilməlidir.

Kibertəhlükəsizlik:

- Dəmir yolu sistemini üçüncü tərəf təhdidlərindən və hücumlarından qorumaq üçün yanaşmaları müəyyənləşdirilməlidir.

Bortda qatar bütövlüyü:

- Qatarın bütövlüyünü yaratmaq üçün innovativ yanaşmalar inkişaf etdirilməlidir.

Trafikin idarə edilməsi sistemi:

- Yol hərəkətinin idarə edilməsinə yeni yanaşmalar hazırlanmalı və nümayiş etdirilməlidir.

Dünya təcrübəsi

Bu gün bütün aparıcı ölkələr bu tezislərə əməl etməyə çalışır. Bu artıq bir sosial sifarişdir.  Məsələn, Avropa dəmir yollarına təzyiq getdikcə artır. Hökumətlər yol hərəkətini azaltmaq və emissiyaların azaldılması hədəflərinə çatmaq üçün daha çox sərnişin və yükü dəmir yollarına köçürməyə çalışırlar. Bununla belə, bir çox ölkələr yeni pan-Avropa rəqəmsal siqnal sistemini tətbiq etmək üçün öz qrafiklərini artıq geridə qoyublar.

Dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması, xəttdəki siqnallardan və açarlardan tutmuş yük daşıyan vaqonlardakı rəqəmsal muftalara (DAC) qədər hər nöqtədə rəqəmsal olaraq idarə oluna bilən tam əlaqəli texnologiya yığınının qurulmasına çalışırlar. Avropa Qatarlara Nəzarət Sistemi (ETCS) Avropada bu işdə əsas köməkçidir. O, ölkələrin köhnə nəzarət və siqnal sistemlərini əvəz edir və ümumi Avropa standartını yaradır.

Rail Europe – Four Ways Tourism

Təhlillərimiz göstərir ki, 2020-ci ildə Aİ dəmir yolu şəbəkəsinin yalnız 14 faizi ETCS infrastrukturu ilə təchiz edilib. Və hazırkı artım tempi ilə bu nisbət 2030-cu ilə qədər 25 faiz, 2040-cı ilə qədər isə 35 faiz təşkil edəcək.

ABŞ-da onlar 135.000-dən çox marşrut-mil yolun maliyyələşməsinə hər il orta hesabla 23 milyard dollar sərmayə yatırılır. Bu hesaba dəmir yolları infrastrukturu modernləşdirilir, xidməti yaxşılaşdırılır, tıxacları və emissiyalar azalır. Təkcə 2023-cü ildə I dərəcəli dəmir yolları öz şəbəkələrinə 26,8 milyard dollar sərmayə qoyub. Növbəti beş il ərzində onların Şimali Amerikadakı bütün yük dəmir yollarından daha yüksək məbləğlərlə kapital qoyuluşuna 12 milyard dollardan çox sərmayə qoyacağı proqnozlaşdırılır.

Təbii ki, bu sərmayənin böyük hissəsi ABŞ dəmir yollarının rəqəmsallaşmasına xərclənəcək.

Bəs, Azərbaycanda dəmir yollarının rəqəmsallaşması vəziyyəti necədir?

Bəri başdan deyək ki, dəmir yollarının rəqəmsallaşmasının  o qədər də uzun tarixi yoxdur. Lakin son illərdə bu sahədə nəzərəçarpacaq xeyli iş görülüb. Bu sahədə ilkin təşəbbüslərdən biri 2022-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarında təmassız ödəniş sisteminin təkmilləşdirilməsidir. Bu layihənin tərəfdaşları  Azərbaycan Beynəlxalq Bankı (ABB), "VISA" şirkəti və ADY-dır. Məhz bu layihənin icrası hesabına bu gün Abşeron dairəvi yolunun xidmətlərindən istifadə edənlər təmassız ödəniş sistemindən yararlana bilirlər. Bu da əlavə vaxt itkisinin qarşısını alır, prosesləri sürətləndirir.

“ADY Mobile”

Növbəti uğurlu addım bir il sonra atıldı. 2023-cü ildə sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edən  innovativ - “ADY Mobile” tətbiqini istifadəyə verildi. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır.  
 

“ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahatdır.  


Bu tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir. Mobil tətbiq vasitəsilə balansı plastik kart istifadə etmədən artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçmək mümkündür. “ADY Mobile”da təqdim olunmuş barkod oflayn rejimdə də çalışacaq.  

ADY rəqəmsallaşma və logistika sahəsində regionun lider şirkətinə çevrilməyi hədəfləyir - MÜSAHİBƏ

Yeri gəlmişkən qeyd edək ki, transformasiyadan danışarkən qeyd etməliyik ki, “ADY Mobile”bir loyallıq proqramıdır. Bu proqram vasitəsilə bilet alışı zamanı 3% keşbek qazanmaq, həmçinin tətbiqdə qeydiyyatdan keçmək, 3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət göndərmək və sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir.
 

Ədalət naminə deyək ki, bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Belə ki, müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır. 


Təsadüfi deyil ki, sərnişindaşıma sahəsində aparılmış optimallaşdırma sayəsində 2023-cü ildə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 6 milyona, 2024-cü ildə isə 7 milyondan çox olub.

Təbii ki, bütün innovativ tətbiqlər Beynəlxalq maliyyə institutlarları və məsləhətçi şirkətlərlə birgə həyata keçirilib.

"Rəqəmsallaşma Strategiyası"

Qeyd edək ki, rəqəmsal dəmir yollarına transformasiya istiqamətində bir sıra uğurlara imza atan ADY bu işə beynəlxalq məsləhətçi şirkəti cəlb edib. Və həmin şirkətlə birgə İT sistemlərinin diaqnostikasını aparıb və "Rəqəmsallaşma Strategiyası"nı hazırlayıb. Strategiya əsasında bir çox yeniliklərlə yanaşı, sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində müasir həllər tətbiq olunur.

Ünumilikdə 2024-cü il prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində uğurlu olub. ADY-nin strategiyasına uyğun olaraq rəqəmsal layihələr həyata keçirilib. Bu da əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına səbəb olub.

“ADY Smart”

Bununla paralel Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlıq genişləndirilib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edilib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləyə bilir.


“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi  sistemidir. Qurumun açıqlamasında deyilir ki, bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Elektron yük qaiməsinin tətbiqi

Başqa mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək

Rəqəmsallaşma istiqamətində görülən layihələrdən biri də ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq My.gov.az portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.
 

Bu hesab da turniketlərdən üztanıma sistemi vasitəsilə keçid edilir. Bu da pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alır.


Portal.ady.az

2025-ci ildə rəqəmsallaşma istiqamətində daha böyük işlər görülüb. Beləki ilin əvvəllərində ADY-də əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.

Bu innovativ platforma müraciətlər və onlara cavabların emalını sürətləndirir, eyni zamanda, sorğuların asan və şəffaf şəkildə izlənilməsini təmin edir.

Rəqəmsal ADY: Yeni elektron xidmət portalı istifadəyə verildi
Portalda həm fiziki, həm də hüquqi şəxslər üçün təqdim olunan 5 xidmət, qeydiyyat və istifadə qaydaları haqqında məlumatlar var.

Müasir analitik informasiya sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin yaradılması həyata keçirilib. Sinqapurun “Global DTC” şirkətinin TBNM üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı artırılıb və nəzarət mexanizmləri gücləndirilib.

Bu da Bakı–Tbilisi–Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük əməliyyatlarının bərpa edilməsinə nail olunub.

Bu gün beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyasının azaldılması əsas çağırışlardan biridir. Bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

Yeni müasir İT ofisi Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Ofisin əsas funksiyası texnoloji dəyişikliklərə adaptasiyanı sürətləndirmək, müasir “Agile” metodologiyalarından istifadə etməklə komandalar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və rahat iş şəraiti yaratmaqdır. Ofis yaradıcı iş sahələri, komfortlu iclas otaqları və qeyri-rəsmi ünsiyyət üçün məkanlar təqdim edir ki, bu da innovativ düşüncə və fikir mübadiləsini stimullaşdırır.
 

Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir. Rahat və innovativ iş mühitinin yaradılması əməkdaşlara gələcək çağırışlara səmərəli şəkildə uyğunlaşmağa imkan verir və onların peşəkar inkişafını stimullaşdırır.


Rəqəmsallaşma və insan kapitalına qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.

ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır. 

Nəzərə alaq ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib. Bu kredit hesabına “Maneəsiz Rəqəmsal Dəhliz” sistemi qurulacaq.

//corp.ady.az/resized/resize868/center/pages/2650/f9baa5a8-4d8f-46ad-83ec-145f1978dfa8.jpg

Nəzərə alaq ki, Orta Dəhliz ailəsi üçün hazırda həlli vacib olan əsas məsələlərdən biri vahid rəqəmsal platformanın yaradılmasıdır. Bu platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq.

Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2025-ci ildə “Maneəsiz Rəqəmsal Dəhliz”in işə salınması nəzərdə tutulur.

Gələcək dəmir yolu rabitə sisteminin tətbiqi hər bir ölkə və ya region üçün fərqli olacaq (faktiki vəziyyətdən və köhnə texnologiyalardan asılı olaraq). Bu həll istifadəçilərə mümkün biznes modellərini öyrənməyə və əməliyyat və kapital xərclərini müqayisə etməyə imkan verir. Dəmir yolu şəbəkəsi və infrastruktur təminatçıları bu ümumi alətdən yeni kommunikasiya magistralını işə salmaq üçün istifadə edə bilərlər.

Surxay Atakişiyev, Bizim.Media

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yekaterinburqda rusiyalı jurnalistlərlə soydaşlarımıza məxsus restoran əməkdaşları arasında İNSİDENT - ANBAAN VİDEO

Yekaterinburqda rusiyalı jurnalistlərlə soydaşlarımıza məxsus restoran əməkdaşları arasında İNSİDENT - ANBAAN VİDEO

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri İFADƏ VERDİ

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri İFADƏ VERDİ

Aİ rəsmisindən Rusiyada azərbaycanlılara qarşı zorakılığa REAKSİYA - FOTO

Aİ rəsmisindən Rusiyada azərbaycanlılara qarşı zorakılığa REAKSİYA - FOTO

Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn birgə layihələr müzakirə olundu

Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn birgə layihələr müzakirə olundu

Yeni həftə yalnız bu bürclərə xoşbəxt bilet VERƏCƏK

Yeni həftə yalnız bu bürclərə xoşbəxt bilet VERƏCƏK

Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? — DOSYE

"Liverpul" milli üzvü ilə müqaviləni YENİLƏDİ

"Liverpul" milli üzvü ilə müqaviləni YENİLƏDİ

"Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşlarının ADLARI - FOTO/VIDEO

"Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşlarının ADLARI - FOTO/VIDEO

Şəkidə ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATLARI - FOTO

Şəkidə ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATLARI - FOTO

“YouTube”da Tramp haqqında cizgi filminin fasiləsiz yayımına BAŞLANDI - VİDEO

“YouTube”da Tramp haqqında cizgi filminin fasiləsiz yayımına BAŞLANDI - VİDEO

Beyləqanda yük maşını ilə minik maşını TOQQUŞDU - Ölən var - FOTO

Beyləqanda yük maşını ilə minik maşını TOQQUŞDU - Ölən var - FOTO

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

“Beşiktaş” onunla yollarını AYIRDI

“Beşiktaş” onunla yollarını AYIRDI

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Şahbaz Şərif Azərbaycana GƏLİR

Şahbaz Şərif Azərbaycana GƏLİR

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

End of content

No more pages to load

RADİO