Cümşüdün ölümünə səbəb olan kanal hansı qurumun balansındadır? - RƏSMİ AÇIQLAMA

Bakıda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 

Məlumata əsasən, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.


Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi Məhkəmədə TARİXİ PROSES: Arayikgil yenidən hakim qarşısında

Hərbi Məhkəmədə TARİXİ PROSES: Arayikgil yenidən hakim qarşısında

Paşinyan Aİ rəsmisinə Azərbaycanla sülh prosesi barədə MƏLUMAT VERDİ

Paşinyan Aİ rəsmisinə Azərbaycanla sülh prosesi barədə MƏLUMAT VERDİ

Qurban Qurbanov: “Bəzi səhvlərimiz oldu”

Qurban Qurbanov: “Bəzi səhvlərimiz oldu”

Hava limanında duyğulu anlar - VİDEO

Hava limanında duyğulu anlar - VİDEO

Rəsmi Tehran Kiyevə NOTA GÖNDƏRDİ

Rəsmi Tehran Kiyevə NOTA GÖNDƏRDİ

“Kristall Palas”ın yetirməsi Azərbaycan klubu ilə müqavilə İMZALADI

“Kristall Palas”ın yetirməsi Azərbaycan klubu ilə müqavilə İMZALADI

Bu vitamin dərinin qocalmasını LƏNGİDİR

Bu vitamin dərinin qocalmasını LƏNGİDİR

Rusiyada qətlə yetirilən qardaşların meyiti yaxınlarına təhvil verildi - VİDEO

Rusiyada qətlə yetirilən qardaşların meyiti yaxınlarına təhvil verildi - VİDEO

Birinci Liqada “Səbail”in büdcəsi nə qədər olacaq?

Birinci Liqada “Səbail”in büdcəsi nə qədər olacaq?

Aynişan bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİRMİŞ - VİDEO

Aynişan bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİRMİŞ - VİDEO

Yekaterinburqda öldürülən soydaşlarımızın nəşi yenidən ekspertizaya GÖNDƏRİLƏCƏK

Yekaterinburqda öldürülən soydaşlarımızın nəşi yenidən ekspertizaya GÖNDƏRİLƏCƏK

Yekaterinburqda öldürülən soydaşlarımızın cənazələri Azərbaycana GƏTİRİLDİ - FOTO/VİDEO

Yekaterinburqda öldürülən soydaşlarımızın cənazələri Azərbaycana GƏTİRİLDİ - FOTO/VİDEO

"Qarabağ" "Zirə"yə böyük hesabla QALİB GƏLDİ

"Qarabağ" "Zirə"yə böyük hesabla QALİB GƏLDİ

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri APARILDI

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri APARILDI

Yekaterinburqda rusiyalı jurnalistlər soydaşlarımızın restoranında İNSİDENT TÖRƏTDİLƏR - ANBAAN VİDEO

Yekaterinburqda rusiyalı jurnalistlər soydaşlarımızın restoranında İNSİDENT TÖRƏTDİLƏR - ANBAAN VİDEO

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Netanyahunun oğlu məhkəməyə ÇAĞIRILDI

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Konstitusiya Məhkəməsinə hakimlər TƏYİN EDİLƏCƏK

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Kanadadan YARDIM ALDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

Azərbaycan millisinin üzvü Polşa klubundan AYRILDI

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri İFADƏ VERDİ

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri İFADƏ VERDİ

Aİ rəsmisindən Rusiyada azərbaycanlılara qarşı zorakılığa REAKSİYA - FOTO

Aİ rəsmisindən Rusiyada azərbaycanlılara qarşı zorakılığa REAKSİYA - FOTO

Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn birgə layihələr müzakirə olundu

Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn birgə layihələr müzakirə olundu

Yeni həftə yalnız bu bürclərə xoşbəxt bilet VERƏCƏK

Yeni həftə yalnız bu bürclərə xoşbəxt bilet VERƏCƏK

End of content

No more pages to load

RADİO