Yekaterinburqda amansızlıqla qətlə yetirilən azərbaycanlıların cəsədləri bu axşam Bakıya gətiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a qardaşları Rusiya Federasiyasının Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş əməliyyat zamanı öldürülən Seyfəddin Hüseynli məlumat verib.
“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən verilən son məlumata əsasən, bu gün saat 17:30-da Bakı vaxtı ilə qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların cəsədləri olan təyyarə havaya qalxacaq. Əgər hər hansı bir dəyişiklik baş verməsə, təyyarə saat 20:25-də Bakıya enəcək”, – deyə Seyfəddin Hüseynli bildirib.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cəsədlər UTair aviaşirkətinə məxsus təyyarə ilə Azərbaycana gətiriləcək.
Bizim.Media