Şamaxıda qətl hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, kürəkən 31 yaşlı Əliyev Teymur Vüqar oglu ailə münaqişəsi zəminində qayınatası 54 yaşlı Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət yetirib.
Onu dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu