Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!

Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Trend.az”a açıqlama verən nəqliyyat eksperti

Elməddin Muradlının sözlərinə görə, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:

"Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər.

Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır".

E.Muradlı bildirib ki, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:

"Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.

Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur".

İqtisadçı ekspert Xalid Kərimli isə qeyd edib ki, vətəndaşlar tanınmış şirkətlərlə işləməyə çalışmalıdır:

"Bağlanan müqavilələrə diqqət edilməlidir ki, lizinq dövrünün sonunda əmlakın mülkiyyətinin onlara keçəcəyinə əmin olsunlar. Alqı-satqılar rəsmi distribüterlərdə aparılmalıdır. Bəzən qiymətlərə görə tanınmayan müəssiəslərə müraciət edirlər. Həmin müəssisələr üçün reputasiya önəmli deyil. Onlar bazarda uzun müddət qalmır, yaxud əvvəlcədən dələduzluq əməlini planlaşdırırlar.

Vətəndaş istənilən halda diqqətli olmalıdır.

Yadda saxlamaq lazımdır ki, banklar lizinq faəliyyəti ilə çox vaxt məşğul olmur. Bu fəaliyyətlə daha çox Bank Olmayan Kredit Təşkilatları (BOKT) məşğul olurlar. Onların da, adətən, faizləri yüksək olur. Ona görə də şərtlər diqqətli oxunmalıdır. Lizinq şirkətləri müştərini həvəsləndirmək üçün şirnikləndirici təkliflər edirlər. Dələduzluq qanuni fəaliyyət deyil ki, nəzarətə götürülsün. Əgər aldatmaq niyyətləri varsa, harada olsa, edəcəklər. Sadəcə olaraq diqqət etmək lazımdır".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyləqanda yük maşını ilə minik maşını TOQQUŞDU - Ölən var

Beyləqanda yük maşını ilə minik maşını TOQQUŞDU - Ölən var

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi AÇIQLANDI

“Beşiktaş” onunla yollarını AYIRDI

“Beşiktaş” onunla yollarını AYIRDI

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Milli Qəhrəmanın anasının arzusu REALLIĞA ÇEVRİLDİ – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Rusiyadan Azərbaycana gətirilən soğan halqasında bakteriya aşkarlandı – FOTO

Şahbaz Şərif Azərbaycana GƏLİR

Şahbaz Şərif Azərbaycana GƏLİR

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

ADY: Qeyri-iş günlərində 65 minə yaxın sərnişin daşınıb

MİQ imtahanının şərtləri AÇIQLANDI

MİQ imtahanının şərtləri AÇIQLANDI

Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Baş nazirdən Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı QƏRAR

Baş nazirdən Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı QƏRAR

Yekaterinburqda öldürülən qardaşların cənazələri Azərbaycana yola salındı – VİDEO

Yekaterinburqda öldürülən qardaşların cənazələri Azərbaycana yola salındı – VİDEO

SON DƏQİQƏ! Səfirimiz Rusiya XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Səfirimiz Rusiya XİN-ə ÇAĞIRILDI

Qaxda çoban itinin hücumuna məruz qalan şəxslərin SON DURUMU

Qaxda çoban itinin hücumuna məruz qalan şəxslərin SON DURUMU

Şuşada İƏT biznes forumu KEÇİRİLƏCƏK

Şuşada İƏT biznes forumu KEÇİRİLƏCƏK

"Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılmasının ANBAAN VİDEOSU

"Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılmasının ANBAAN VİDEOSU

“Neftçi”nin qapıçısı Rumıniya klubu ilə RAZILIĞA GƏLDİ

“Neftçi”nin qapıçısı Rumıniya klubu ilə RAZILIĞA GƏLDİ

Bu şəxslərin maaşı ARTDI: 306 min... – QƏRAR

Bu şəxslərin maaşı ARTDI: 306 min... – QƏRAR

Bəylər Əyyubovun yerinə Fərid Əsgərov TƏYİN OLUNDU

Bəylər Əyyubovun yerinə Fərid Əsgərov TƏYİN OLUNDU

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Bəylər Əyyubov Prezidentin Katibliyinin rəisi TƏYİN EDİLDİ

Bəylər Əyyubov Prezidentin Katibliyinin rəisi TƏYİN EDİLDİ

Daha bir legioner “Sabah”dan GETDİ

Daha bir legioner “Sabah”dan GETDİ

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

End of content

No more pages to load

RADİO