“Enerji deyəndə təbii ki, Mingəçevir yada düşür. O, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir. Bir neçə il əvvəl, bütün ölkə qaranlığa qərq olanda Mingəçevir İstilik Elektrik Stansiyasının önəmini ikiqat hiss etdik”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, Vətən müharibəsi dövründə də Ermənistanın əsas məqsədi bu stansiyanı sıradan çıxarmaq idi:
“İndi Azərbaycanın gücü tək bu mərkəzdə cəmlənmir. Artıq yeni bir dayaq nöqtəmiz var - 8 Noyabr stansiyası. Bu o deməkdir ki, işıqlarımız bir də heç vaxt sönməyəcək”.
Daha ətraflı süjetdə:
Bizim.Media