Axşam radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, Azad Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil kənd sakini 75 yaşlı Fəxrəddin Beybudovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət başlanılıb, istintaq aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu