Yevlaxda "Ford" markalı yük avtomobili yol kənarındakı beton dirəyə çırpılıb.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən dairəvi yolda baş varib.
Belə ki, 90 UB 155 dövlət qeydiyyat nişanlı "Ford" tranzit yük avtomobili dairəvi yolda beton dirəyə dəyib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu