Azərbaycana gələn turistlərin sayı azalıb

İstənilən münaqişənin iqtisadi təsiri turizm sektorunda hiss olunur. Münaqişələr birbaşa baş verdiyi bölgənin turistlər üçün cəlbediciliyini aşağı salır, ziyarətçilərin sayının azalmasına, bəzi hallarda isə tamamilə sıfırlanmasına gətirib çıxarır. İran-İsrail müharibəsi də ölkəmizin turizm sektoruna təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, Azərbaycana gələn turistlər ən çox İran, İsrail və Körfəz ölkələrindəndir, onda mənzərəni təsəvvür eləmək çətin deyil.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Turizmlə məşğul olan iş adamları tərəfindən sosial mediada yazılan statuslar da hazırkı mənzərəni real əks etdirir.

"İranla İsrail arasında qarşılıqlı hücumlar başlayandan sonra Azərbaycana gələn turistlərin sayında azalma var. Bu müharibə Azərbaycanda turizm sektorunu məhv elədi. Ölkəyə demək olar, turist gəlmir, bütün rezervasiyalar ləğv olunub. Hotellər boşdur. Gələnlər ancaq 3-5 nəfər Avropa ölkələrindəndir, bir az da rus turistlər var. 6-7 ay "mövsüm" gözləyirsən, o da gəlib belə olur..."

Statusun müəllifi, turistlərə avtomaşın icarəsi ilə məşğul olan şirkətin təsisçisi Haldun Novruzzadə bizimlə söhbətində bildirib ki, müharibə başlayandan demək olar ki, işləri yoxdur:

"Ərəbistandan gələn təyyarələr İran üzərindən uçduğuna görə uçuşlar dayanıb, ya da vaxt uzanıb. Üç saatlıq yolu yeddi saata gəlirlər. Rezervasiyalar ləğv olub..."

İbrahim Abbasov adlı başqa bir şirkətin sahibi də bildirib ki, münaqişə mənfi mənada ən çox turizm sahəsinə təsir edib.

Onun sözlərinə görə, Hindistan-Pakistan münaqişəsi də Azərbaycan turizminə təsir etmişdi:

"Müharibənin bizə təsiri çox oldu. Turizm sektoru sıfıra endi. Rezervasiyalar, uçuşlar ləğv oldu.

Bizim Pakistanla dost münasibətlərimiz Hindistandan olan turistlərin ölkəmizə gəlməsinin qarşısını kəsdi. Son vaxtlar bizim turizm sektorunun 90 faizi hindistanlılardan ibarət idi. Onlar da gəlmədiyi üçün turizm çöküb. Gələn ərəblər də tək-tükdür. Ruslar, Avropadan gələnlər də çox azdır..."

Təəssüf ki, cənub qonşumuz İranla İsrailin münaqişəsi, şimal qonşumuz Rusiyanın Ukrayna ilə dörd ilə yaxındır davam edən müharibəsi bizim turizmdə öz "iz"ini qoymaqdadır. Ən böyük problem isə təkcə münaqişə baş verən ölkələrin insanlarının səyahətinin ləğvi ilə bağlı deyil.

Münaqişələr başlayandan sonra ətraf bölgələrin turistlərinin ölkəmizə səfərləri də əngəllənir.

Uçuşların uzanması

Turizmçi Anar Həsənovun sözlərinə görə, İranla İsrailin hava məkanını bağlaması digər ölkələrin aviaşirkətlərinin də uçuş məsafəsinin uzanmasına səbəb olub: "Hazırda İsraildən Bakıya gələnlərin sayında çoxalma var, amma onlar turist deyillər. Onlar müharibədən qaçıb gələrək ev kirayələyib yaşayanlardır. Hazırkı uçuşlar İran üzərindən olmadığı üçün Türkiyə üzərindən keçir və nəticədə uzanır.

Ərəb turistlərin və ümumiyyətlə, Körfəz ölkələrindən gələn turistlərin sayı da kəskin azalıb. Əgər aşağıbüdcəli şirkətlər ərəb ölkələrinə 3 saata uçurdularsa, indi bu vaxt altı saata qədər uzanıb.

Həm yolun uzanması, həm də təhlükəsizlik baxımından insanlar səyahət etmək istəmirlər. İndi münaqişənin ən qabarıq təsiri uçuşlaradır".

Turizmçi bildirir ki, azalma hotellərin rezervasiyasında, mövsümdə qiymətlərin aşağı düşməsində də hiss olunur: "Əvvəllər hotellərə rezervasiya edəndə yer tapmaq olmurdu.

Hindistan-Pakistan müharibəsinin də bizim turizmə böyük təsiri oldu. Çünki Azərbaycan bazarına ən çox gələn turistlər hindistanlılar idi. İndi insanlar gözləyirlər ki, müharibə bitsin, sakitlik yaransın, təhlükəsizliklərinə təminat olsun. Təbii haldır ki, insanlar səyahətdən çox, öz təhlükəsizliklərini düşünürlər".

İnsanların qorxusu

Turizmçi Əziz Şiriyev də hava yollarından asılı olaraq gəlmə və getmə turizmində geriləmənin olduğunu bildirir:

"Turizm həssas sahədir. İstənilən halda müharibə turizmə təsir edir. Təkcə müharibə olmasın, lap təbii fəlakətlər və s. olsun, dərhal turizmdə öz təsirini göstərir. İnsanlar gərək əmin-amanlıq, təhlükəsiz şəraitdə başqa ölkəyə səfər etsinlər, gedəcəkləri yer təhlükəsiz olsun. İstənilən turist bir yerdə təhlükəsizliklə bağlı problem hiss etsə, oraya səfər etməyəcək".

Turizmçinin sözlərinə görə, məsələn, hazırda ölkəmizdən Dubaya səfər edənlərin 3 saatlıq uçuşları 6-7 saata həyata keçirilir:

"Çünki bizim uçuşların əksəriyyəti İran üzərindəndir. Həmçinin Misirə - Şarm-əl-Şeyxə gedənlər uçuş saatlarının artdığına görə ehtiyat edirlər. Məsələn, İran-İsrail savaşında atılan raketlərin bəzisi Yəmən, bəzisi İordaniya ərazisinə düşüb. İnsanlar ailəvi səyahət etdiklərinə görə, ailələrini təhlükəyə atmaq istəmirlər".

Ə.Şiriyevin sözlərinə görə, bu vəziyyət turizm şirkətləri ilə vətəndaşlar arasında da anlaşılmazlıq yaradır: "Vətəndaş səfər etmək istəmir, aldığı turpaketi geri qaytarmaq istəyir. Turizm şirkəti də çıxılmaz vəziyyətdə qalır. Turu satanlar da öz növbəsində Bakıdakı turizm şirkətlərindən pulu tələb edir. Vətəndaş isə turizm şirkətindən pulunu geri istəyir.

Qarşı tərəf deyir ki, uçuşu həyata keçirən hava yolları şirkəti uçuşu ləğv etməyib, qorxmağa ehtiyac yoxdur, orada adamlar normal yaşayır və s. Amma nə qədər deyilsə də, turist təhlükəsizliyini öndə tutur. Bu yanaşmalar hazırkı vəziyyəti daha da qəlizləşdirir".

Turizmçi bildirir ki, xaricdən Azərbaycana gələn turistlər arasında da azalma müşahidə olunur:

"Bazar dəyişir. Bazarı araşdıranda görürük ki, ölkəmizə gələnlərin arasında ukraynalılar azalıb. Rusların da sayında azalma var. İsraildən turistlər çox gəlirdi. İndi müharibə olduğu üçün bu da bazara təsir edib. Amma ölkədaxili turizm öz axarında davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Maskı “əla oğlan” adlandırdı

Tramp Maskı “əla oğlan” adlandırdı

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Pakistanda daşqınlar: 45 nəfər həyatını itirdi

Çin yeni silah yaratdı

Çin yeni silah yaratdı

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Günay: "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava: Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

Daha 6 futbolçu “İmişli”ni tərk etdi

İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi

Messinin komandası darmadağın oldu - VİDEO

Messinin komandası darmadağın oldu - VİDEO

Xamenei: "ABŞ heç nə edə bilmədi"

Xamenei: "ABŞ heç nə edə bilmədi"

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İranın hava məkanı bu tarixədək bağlı qalacaq

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

İşıqlarımız bir də heç vaxt sönməyəcək - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

Rusiya Azərbaycana açıq düşmənçilik edir - VİDEO

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Xalq artisti Yekaterinburqda yaşananlardan DANIŞDI: “Sarsıntı içərisindəyik” - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

Rusiya Paşinyanı niyə devirmək istəyir? - VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

Yevlaxda ağır qəza: Yük avtomobili beton dirəyə çırpıldı - FOTO

Şəkidə “Mercedes” piyadanı vuraraq ÖLDÜRDÜ

Şəkidə “Mercedes” piyadanı vuraraq ÖLDÜRDÜ

“Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər” - VİDEO

“Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər” - VİDEO

End of content

No more pages to load

RADİO