Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, yeddi nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Səfikürd kənd ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlhamə Əliyeva (1970) və Tərcümən Həsənova (1965), Bakı şəhər sakinləri Leyli İsaqova (1961), Südabə Həsənova (1961), Göygöl rayon sakini Zenfira Həsənova (1969), Şəmkir rayon sakini Qəmər Hüseynova (1957) və Səfikürd kənd sakini Salman Qasımov (1980) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media