ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rus Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların yaşadığı mənzillərə qəfil basqın edilib və nəticədə soydaşlarımız qanunsuz saxlanılıb, amansız işgəncələrlə qətlə yetirilib.

Azərbaycanlılara qarşı törədilən bu cinayət, terror aktı Rusiya dövlətinin nəinki xalqımıza, həmçinin qeyri-rus millətlərinə qarşı apardlğı düşmənçilik siyasətini bir daha sübut etmiş oldu.

Bir müddət əvvəl Rusiyanın "Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa etdi.
 

Daha sonra AZAL Hava Yollarına məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər.


Və ardınca həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı həmişə belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır.

Artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər.

Lakin buna cavab olaraq biz həmişə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatmışdır.

Hətta Rusiyanın Ukraynanı işğalı zamanı qeyd etmişdim ki, bütün Postsovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür.
 
Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant bir dövlətdir.

Lakin Rusiyada soydaşlarımıza qarşı həmişə ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik.
 

Bu insanlıq əleyhinə cinayətdir. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik.


Hətta Azərbaycanda mövcud olan 5-ci kolonun, xüsusən Rusiyaya bağlı qanadının mövcud olması o deməkdir ki, belə hallar həm ölkəmizin daxilində, həm də ölkəmizdən xaricdə mütləq bu və ya digər formada baş verəcək. Odur ki, onların ifşa olunmasını və cəzalandırılmasını tələb edirik.

ATXƏM İB-nin sədri

İlham İsmayılov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Formula-1": Avstriya Qran-prisinin qalibi bəlli oldu

"Formula-1": Avstriya Qran-prisinin qalibi bəlli oldu

Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR - VİDEO

Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR - VİDEO

Xorvatiya klubunun üzvü “Qarabağ”ın təklifini qəbul etdi

Xorvatiya klubunun üzvü “Qarabağ”ın təklifini qəbul etdi

Sabunçuda yük avtomobili yandı

Sabunçuda yük avtomobili yandı

Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti TAPILDI

Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti TAPILDI

Ağ Şəhər bulvarında meyit aşkarlandı

Ağ Şəhər bulvarında meyit aşkarlandı

Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşinin sabah gətiriləcəyi gözlənilir”

Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşinin sabah gətiriləcəyi gözlənilir”

Təbrizdə partlayış baş verdi

Təbrizdə partlayış baş verdi

“Şamaxı” isveçrəli hücumçu ilə anlaşdı

“Şamaxı” isveçrəli hücumçu ilə anlaşdı

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Pirşağı qəsəbəsində taxıl sahəsi yanır

Pirşağı qəsəbəsində taxıl sahəsi yanır

Rusiya Stepnoqorska zərbə endirdi - ÖLƏN VAR

Rusiya Stepnoqorska zərbə endirdi - ÖLƏN VAR

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU

Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU

Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatdı

Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatdı

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOLARI

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOLARI

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Yekaterinburqda Bəkir Səfərov 72 saat həbsdə qalacaq - FOTO

Yekaterinburqda Bəkir Səfərov 72 saat həbsdə qalacaq - FOTO

İran dövlət kanalları yenə günahkar AXTARIR – Azərbaycana qarşı saxta media kampaniyasının GİZLİ DETALLARI

İran dövlət kanalları yenə günahkar AXTARIR – Azərbaycana qarşı saxta media kampaniyasının GİZLİ DETALLARI

Azərbaycana gələn turistlərin sayı azalıb

Azərbaycana gələn turistlərin sayı azalıb

Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb - VİDEO

Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb - VİDEO

End of content

No more pages to load

RADİO