Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak etmək üçün 1 286 namizəd qeydiyyatdan keçib.
 

Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.


İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik.

Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmir qətlinin bəzi DETALLARI bəlli oldu - FOTO

Kürdəmir qətlinin bəzi DETALLARI bəlli oldu - FOTO

Tərtərdə minik avtomobili yandı

Tərtərdə minik avtomobili yandı

“Beşiktaş” Çexiya millisinin üzvünü transfer etdi

“Beşiktaş” Çexiya millisinin üzvünü transfer etdi

Azərbaycanda rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçirildi

Azərbaycanda rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçirildi

“Turan Tovuz”un hazırlıq planı bəlli oldu

“Turan Tovuz”un hazırlıq planı bəlli oldu

İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər

İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

XƏBƏRDARLIQ: Azərbaycanda leysan yağacaq, dolu düşəcək

XƏBƏRDARLIQ: Azərbaycanda leysan yağacaq, dolu düşəcək

İstirahət mərkəzinin müdirini bu şəxs bıçaqlayıb - TUTULDU

İstirahət mərkəzinin müdirini bu şəxs bıçaqlayıb - TUTULDU

Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Azərbaycan dili fənni üzrə imtahan keçirildi - CAVABLAR sabah bəlli olacaq

Azərbaycan dili fənni üzrə imtahan keçirildi - CAVABLAR sabah bəlli olacaq

"Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb" - VİDEO

"Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb" - VİDEO

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlını HƏBS ETDİ

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlını HƏBS ETDİ

“Kəpəz” daha 3 legionerlə yollarını ayırdı

“Kəpəz” daha 3 legionerlə yollarını ayırdı

ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

Naxçıvanda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Naxçıvanda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Həftənin ilk iş günü üçün hava PROQNOZU

Həftənin ilk iş günü üçün hava PROQNOZU

Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ

Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ

Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Yekaterinburqda məhkəmə zalına daha bir azərbaycanlı GƏTİRİLDİ

Yekaterinburqda məhkəmə zalına daha bir azərbaycanlı GƏTİRİLDİ

Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri LƏĞV EDİLDİ

Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri LƏĞV EDİLDİ

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu - VİDEO

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu - VİDEO

End of content

No more pages to load

RADİO