Goranboyda əkin sahəsində kişi meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri istiqamətində, Sarov kəndi yaxınlığındakı sahədə baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdü Səməd Tanrıverdiyev özünə məxsus əkin sahəsində yonca suvararkən, ürək tutmasından dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu