Alimlər nəhayət, arıqlamağın niyə bu qədər çətin olduğunu müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, yeni araşdırma əsas günahkarı ortaya çıxarıb – bu, yaddaşdır.
Amma kökəlməyimizə səbəb beynin yaddaşı yox, hüceyrələrin yaddaşı. Məlum olub ki, əgər insan bir dəfə kökəlibsə, bu onun DNT-sində iz qoyur. Üstəlik, arıqladıqda yağ hüceyrələri heç yerə getmir – sadəcə ölçüləri kiçilir. Bu hüceyrələr illərlə “pusquda” oturub öz vaxtını gözləyə bilər.
Bu hüceyrələr sizin əvvəllər kök olduğunuzu “xatırlayır”.
Məhz bu səbəbdən orqanizm insulinə daha güclü reaksiya verərək, piy ehtiyatlarını daha tez toplamağa başlayır. Və bu da arıqlamağın çətin, yenidən kökəlməyin isə olduqca asan olmasına səbəb olur.
Bizim.Media