Alimlər zeytun yağı ilə bağlı yeni araşdırmaları ilə dünya ictimaiyyətini şoka salıblar. Məlum olub ki, onun möcüzəvi xüsusiyyətləri ciddi şəkildə şişirdilib, bəzi insanlar üçün isə bu yağ hətta təhlükəli ola bilər.
Bizim.Media xəbər verir ki, şokedici kəşf Oklahoma Universitetinin mikrobioloqları tərəfindən edilib.
Alimlər artıq çəkinin əsas səbəbini anlamağa çalışıblar: sadəcə kalorinin artıq miqdarı səbəbindənmi bu baş verir, yoxsa hansısa konkret qidaların sui-istifadə edilməsi də bu məsələdə rol oynayır? Təcrübələr siçanlar üzərində aparılıb. Bir qrup siçan “fast food”da bol olan transyağlarla qidalanıb. Digər qrup isə təbii və sağlam sayılan yağlarla: zeytun və kokos yağı, donuz piyi, qaymaqla bəslənib. Lakin nəticələr alimləri heyrətə salıb.
Oklahoma Universitetinin professoru Devid Sparlinq bildirib: “Yalnız bir növ lipid orqanizmdə yağ hüceyrələrinin sələflərini – yəni gələcəkdə piy toxumasına çevrilən hüceyrələri – kütləvi şəkildə yaratmağa səbəb olur. Əgər siz həddindən artıq kalori qəbul edirsinizsə, bu hüceyrələr aktivləşir. Məsələ olein turşusundadır.”
Olein turşusu zeytun yağının əsas komponentidir. Məhz bu maddə orqanizmdə “yatmış” bir
orduya çevrilir – bu hüceyrələr bir dənə artıq sendviç fürsəti gözləyirlər ki, sizin çəkinizi artırsınlar. Siçanlar üzərindəki nəticə daha sonra insanlar üzərində də təsdiqlənib.
Bizim.Media