Bakı-Quba yolunun Şabranın Günəşli kəndindən keçən hissəsində baş verən qəzada daha 2 nəfər xəsarət alıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Samir Ağayev və Elnur Cəbrayılov da müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Qəza səbəbindən qısamüddətli bağlanan yolun açılması yol polisləri tərəfindən təmin edilib.
Qeyd edək ki, qəza zamanı həmçinin “Niva"markalı avtomaşının sürücüsü Əmrulla Mustafa oğlu Ağakişiyev də ağır xəsarət alıb.
Xatırladaq ki, Bakı-Quba yolunun Şabranın Günəşli kəndindən keçən hissəsində 2 yük maşını və “Niva" markalı avtomobil toqquşub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu