Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlar olsa da, ölən olmayıb.
Bizim.Media-nın əldə etdiyi məlumara görə, “Niva"markalı avtomaşının sürücüsü çox ağır vəziyyətdə Quba rayon mərkəzi xəstəxanasına gətirilib, vəziyyəti kritikdir.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və yaralılar var -ÖZƏL FOTO
Belə ki, sürücü Əmrulla Mustafa oğlu Ağakişiyev Quba rayon mərkəzi xəstəxanasında əməliyyat blokundadır, əməliyyat olunur.
Qeyd edək ki, Bakı-Quba yolunun Şabranın Günəşli kəndindən keçən hissəsində 2 yük maşını və “Niva" markalı avtomobil toqquşub.
Qəza nəticəsində bir nəfərin həyatını itirdiyinə dair məlumatlar yayılıb.
Faktı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.