Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəməyə çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri TƏSDİQLƏNMİR

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.

Bizim.Media xəbər verir ki, oonlardan bəziləri barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Səfərov qardaşlarından biri Şakir Səfərov bildirib ki, iki qardaşı - Ziyəddin və Hüseyn həyatlarını itiriblər. O, daha bir qardaşının və əmisi oğlanlarının ölməsi barədə məlumatları təsdiq etməyib.
 

Bildirib ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların nəşini morqdan götürmək üçün sənədləşmə işləri aparırlar: “Saxlanılan qardaşlarımın, əmim oğlanlarının uşaqları onlar haqqında məlumat ala bilmirlər. İki qardaşımın öldürüldüyünü bilirəm. Meyitləri morqdadır. Hazırda meyitlərin təhvil alınması və Azərbaycana yola salınması üçün sənədləri toplayıram”.


Şakir Səfərov ümumilikdə 60-dan çox azərbaycanlının saxlanıldığı barədə məlumat olduğunu deyib: “Saxlanılanlar təkcə bizim ailənin üzvləri deyillər. Onların arasında Azərbaycanın cənub zonasından - Cəlilabad rayonundan, Qarabağ bölgəsindən, Quba zonasından olan həmyerlilərimiz var”.

Apa.az öz mənbələri vasitəsilə dəqiqləşdirib ki, 5 nəfərin ölməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ölən azərbaycanlıların sayı 2 nəfərdir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçilərimiz Avropa çempionu oldular

Güləşçilərimiz Avropa çempionu oldular

Trampın xələfi öz oğlu OLA BİLƏR

Trampın xələfi öz oğlu OLA BİLƏR

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Arıqlamağın çətin, kökəlməyin asan olmasının SİRRİ BİLİNDİ

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Mahir “Kayzerslautern”dəki ilk oyununda QOL VURDU

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlıların iştirakı ilə bağlı iş üzrə hesabat TƏLƏB EDİB

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

Dilarə Əliyevanın qardaşı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

“Sumqayıt”dan ayrılan futbolçu “Neftçi”də

“Sumqayıt”dan ayrılan futbolçu “Neftçi”də

Paytaxtda OLAY: Qadın kişi paltarları mağazasından oğurluq etdi - VİDEO

Paytaxtda OLAY: Qadın kişi paltarları mağazasından oğurluq etdi - VİDEO

Rusiya İstintaq Komitəsi azərbaycanlıların həbsi ilə bağlı işin istintaqını NƏZARƏTƏ GÖTÜRDÜ

Rusiya İstintaq Komitəsi azərbaycanlıların həbsi ilə bağlı işin istintaqını NƏZARƏTƏ GÖTÜRDÜ

Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi OLDU

Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi OLDU

Tələbələr genişmiqyaslı ETİRAZLARA başladılar - VİDEO

Tələbələr genişmiqyaslı ETİRAZLARA başladılar - VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri - VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri - VİDEO

Rəsmi Bakı Pakistana BAŞSAĞLIĞI VERDİ - FOTO

Rəsmi Bakı Pakistana BAŞSAĞLIĞI VERDİ - FOTO

Faydalı sandığımız zeytun yağının bilinməyən zərərləri - Şokedici ARAŞDIRMA

Faydalı sandığımız zeytun yağının bilinməyən zərərləri - Şokedici ARAŞDIRMA

Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”

Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”

"Həmin müğənnilər oğrularla əlbirdir" - VİDEO

"Həmin müğənnilər oğrularla əlbirdir" - VİDEO

Tramp: “İran ABŞ-ın nüvə obyektlərinə zərbələrindən xəbərsiz idi”

Tramp: “İran ABŞ-ın nüvə obyektlərinə zərbələrindən xəbərsiz idi”

İngiltərəli futbolçu “Milan”ı TƏRK ETDİ

İngiltərəli futbolçu “Milan”ı TƏRK ETDİ

Aygün Kazımovanın balaca fanatları ilə MARAQLI DİALOQU - VİDEO

Aygün Kazımovanın balaca fanatları ilə MARAQLI DİALOQU - VİDEO

Rəsmi Moskvadan Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa REAKSİYA

Rəsmi Moskvadan Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa REAKSİYA

Heydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimi keçirilib - FOTO/VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimi keçirilib - FOTO/VİDEO

Şabrandakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Şabrandakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK

End of content

No more pages to load

RADİO